Icma.az
close
up
RU
Kartla ödənişdən imtina taksi xidmətində ciddi problem yaradır ŞƏRH EDİLDİ

Kartla ödənişdən imtina taksi xidmətində ciddi problem yaradır ŞƏRH EDİLDİ

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

"Son dövrlərdə taksi xidmətlərində kartla ödənişlə bağlı problemlər həm sərnişinlər, həm də xidmətin keyfiyyəti baxımından aktual məsələlərdən birinə çevrilib. Praktikada tez-tez rast gəlinən hallardan biri odur ki, müştəri tətbiq üzərindən kartla ödəniş seçdiyi zaman sürücülər sifarişi qəbul etmir və ya sifariş uzun müddət cavabsız qalır. Bu problemin yaranması bir neçə iqtisadi, texniki və təşkilati səbəblərlə bağlıdır".

Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.Onun sözlərinə görə, əsas səbəblərdən biri maliyyə məsələləri ilə əlaqədardır: "Kartla ödəniş zamanı vəsait sürücünün hesabına dərhal deyil, müəyyən müddət sonra köçürülür. Bu isə gündəlik qazancını nağd şəkildə əldə etməyə üstünlük verən sürücülər üçün narahatlıq yaradır. Bundan əlavə, bəzi platformalarda komissiya haqları və ya bank əməliyyat xərcləri də sürücülərin kartla ödənişə marağını azaldır. Digər mühüm amil qeyri-rəsmi gəlir dövriyyəsi ilə bağlıdır. Nağd ödənişlər bəzi hallarda gəlirlərin tam şəkildə qeydiyyata alınmamasına imkan yaradır. Kartla ödəniş isə bütün əməliyyatların şəffaf şəkildə sistemdə əks olunmasına səbəb olur. Bu da bəzi sürücülərin nağdsız ödənişlərdən yayınmasına gətirib çıxarır. Texniki və təşkilati səbəblər də mövcuddur. Bəzi hallarda sürücülərin bank hesabları və ya tətbiqlə inteqrasiya prosesində problemlər yaranır, vəsaitlərin gecikməsi və ya texniki nasazlıqlar etimadı azalda bilir. Digər tərəfdən, platformalar tərəfindən kartla ödənişi seçən müştərilərlə bağlı əlavə motivasiya və ya nəzarət mexanizmlərinin kifayət qədər effektiv olmaması da bu vəziyyətə təsir edir.Problemin qarşısını almaq üçün bir neçə istiqamətdə tədbirlərin görülməsi vacibdir. İlk növbədə, taksi platformaları kartla ödənişlərin sürücülərin hesabına daha operativ köçürülməsini təmin etməlidir. Eyni zamanda, nağdsız ödənişlər üzrə komissiya siyasətinə yenidən baxılması və sürücülər üçün əlavə stimullaşdırıcı mexanizmlərin tətbiqi müsbət nəticə verə bilər. Nəzarət mexanizmlərinin gücləndirilməsi də vacibdir. Kartla ödənişi seçən sifarişlərdən sistemli şəkildə imtina edən sürücülər üçün reytinqin aşağı salınması, sifarişlərin məhdudlaşdırılması və ya digər inzibati tədbirlər tətbiq oluna bilər. Paralel olaraq, dövlət qurumları tərəfindən nağdsız ödənişlərin təşviqi, vergi və tənzimləmə mexanizmlərinin sadələşdirilməsi də bu sahədə şəffaflığı artıra bilər. Sərnişin məmnuniyyətinin təmin olunması üçün nağdsız ödənişlərin etibarlı və əlçatan olması müasir şəhər nəqliyyat sisteminin əsas tələblərindən biridir. Rəqəmsal ödənişlərin genişləndirilməsi həm xidmət keyfiyyətini yüksəldir, həm də iqtisadi dövriyyənin şəffaflaşmasına və sektorun daha səmərəli idarə olunmasına şərait yaradır".

Müəllif: Ziya Hikmətoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Fevral 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri