Icma.az
close
up
RU
Bu, qadın futbolu üçün bayram idi Siyasət Əsgərov

Bu, qadın futbolu üçün bayram idi Siyasət Əsgərov

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu, qadın futbolu üçün bayram idi" - Siyasət Əsgərov

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Banqladeşin paytaxtı Dəkkədə təşkil olunan “FIFA Tri Nations Women’s Football Series 2025” turniri çərçivəsində yerli komanda (2:1) ilə keçirilən oyundan haqda danışıb.

QOL.az xəbər verir ki, turnirin qalibi olan yığmamızın çalışdırıcısı Banqladeş komandasının güclü olduğunu və Azərbaycan millisinin layiqli mübarizə apardığını söyləyib: 

“Belə bir turnirin təşkilatçılığına görə, Banqladeş tərəfinə təşəkkürümü bildirirəm. Buranın insanları da bizi gözəl qarşıladılar.

O ki qaldı oyuna, rəqibimiz kifayət qədər güclü idi. Fikrimcə, onlar ilk matçda Malayziyanı məğlub etməli idilər. Həmin görüşdə bir səhv həlledici olmuşdu. Banqladeş yığması bizimlə matça da yaxşı hazırlaşmışdı, qələbə qazanmaq istəyirdi. İlk 15 dəqiqədə meydançanın hər yerində təzyiq etdilər, bizə çətin anlar yaşatdılar. Özünəməxsus əks-hücum futbolu ilə seçilən kollektivdir. Oyunda da bunu göstərdilər. Hesabı açsaq da, çox keçmədən qapımızda qol gördük. Çünki rəqib fərqlənmək üçün hər şey edirdi. İkinci hissədə isə daha yaxşı çıxış etdilər. Ancaq müdafiəçilərimiz uğurlu performans ortaya qoyaraq, rəqibin hücumlarının qarşısını aldılar. Oyun planın dəyişikliyə getdik, əvəzetməyə əl atdıq. Bunun da xeyrini gördük. Düşünürəm ki, hər iki komanda maraqlı oyun göstərdi və stadiona gələn azarkeşlər peşman olmadılar. Qadın futbolu üçün bayram idi. Bu bayramdan həm Banqladeş Futbol Federasiyası, həm də AFFA nələrsə qazandı”.

Qeyd edək ki, Malayziya (2:0) və Banqladeş (2:1) yığmaları üzərində qələbə qazanan millimiz “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://qol.az
archiveBu xəbər 03 Dekabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri