Icma.az
close
up
RU
“Bu, onların zəhmətinin nəticəsidir” Siyasət Əsgərov

“Bu, onların zəhmətinin nəticəsidir” Siyasət Əsgərov

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaları ilə bağlı AFFA-nın saytına fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bu mərhələdə güclü komandalardan biri ilə qarşılaşacaqlarını deyib:

“İlk dəfə B Liqasında iştirak etməyimizə baxmayaraq, pley-off mərhələsinə vəsiqə qazanmağımız sevindirici hal oldu. Son il yarım ərzində komandada yer alan bütün futbolçuları təbrik edirəm. Bu, onların zəhmətinin nəticəsidir. Pley-off mərhələsində zəif rəqib olmur. Ən yüksək reytinqə malik 6 kollektivdən birinə rəqib olacağıq. Yəni güclü komandalardan biri ilə qarşılaşacağıq. Pley-off mərhələsində Azərbaycan bayrağının da yer almasına sevinirəm. Milli komandamız B Liqasına yüksəlməklə bir dəfə tarix yazmışdı. Pley-offda da uğurlu çıxış edərək, daha bir tarix yazmaq arzusundayıq”.

Əsgərov qrup mərhələsinin son turunda Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığmasına 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmanı da dəyərləndirib:

“Bakıda Macarıstana böyükhesablı məğlubiyyət istər-istəməz komandaya təsir etdi. Belə nəticədən sonra komandanı İsveçrə ilə səfər görüşünə kökləmək çətin idi. İsveçrə bu vaxta qədər həmişə A Liqasında mübarizə aparan komanda olub. Buna baxmayaraq, səfərə xal qazanmaq məqsədi ilə yollanmışdıq. Qızlar əllərindən gələni etdilər. Ancaq rəqibin yüksək keyfiyyətə malik olması bizi səhvlərə vadar etdi və belədə məğlubiyyət qaçılmaz oldu”.

Qeyd edək ki, iyulun 19-da birinci pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan milli komandasının potensial rəqibləri Portuqaliya, Şotlandiya, Uels, Ukrayna, Şimali İrlandiya və Serbiya yığmalarıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 19 Aprel 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri