Bu qanun kişiləri evlilikdən soyudacaq
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Rusiya Dövlət Dumasının Ailənin, atalığın, analığın və uşaqlığın müdafiəsi komitəsinin sədri Nina Ostanina məişət zorakılığına qarşı qanunun qəbul edilməsinin gənclər arasında evlilik istəyini azaldacağını iddia edib.
Bizim.Media xəbər verir ki, rusiyalı deputat bu növ qanunvericilik təşəbbüslərinə ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb.
"Hazırda bizdə hər 10 ailədən 8-i boşanır. Əgər bu rəqəm 10-a çatacaqsa, belə bir qanunun qəbul edilməsinin mənası varmı? Bu qanun qəbul olunarsa, gənclər nikaha daxil olmaq istəyəcəkmi? Yoxsa gənc oğlanlar qorxacaqlar? Çünki qadınlarımızın bəzən impulsiv bəyanatları fonunda evdə həyata yoldaşına hər hansı bir toxunuş onun fiziki və psixoloji sağlamlığına qəsd kimi qiymətləndirilə bilər. Ona görə də, yüz ölçüb bir biçmək lazımdır", – deyə Ostanina bildirib.
Komitə sədri əlavə edib ki, ailədaxili münasibətlərin tənzimlənməsində radikal addımlar atmaq mövcud demoqrafik böhranı və boşanma statistikasını daha da pisləşdirə bilər.
Bizim.Media
Baxış sayı:92
Bu xəbər 23 İyun 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















