Icma.az
close
up
RU
Bu qayda Azərbaycanda tətbiq oluna bilərmi? EKSPERT DANIŞDI

Bu qayda Azərbaycanda tətbiq oluna bilərmi? EKSPERT DANIŞDI

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Türkiyədə toy məkanlarının həftənin müəyyən günlərində fəaliyyətinin məhdudlaşdırılması qərarı birbaşa xidmət sektorunun dövriyyəsinə təsir göstərə bilər”.

Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, toy sənayesi təkcə zal sahiblərindən ibarət deyil; iaşə, musiqi xidməti, foto-video çəkiliş, dekorasiya, nəqliyyat və geyim sektoru da bu zəncirə daxildir:

”Fəaliyyət günlərinin azalması ümumi sifariş sayını azaldarsa, gəlir dövriyyəsi aşağı düşə və xüsusilə həftə içi təşkil olunan mərasimlərdən qazanc əldə edən kiçik sahibkarlar üçün maliyyə yükü arta bilər. Bu isə məşğulluğa təsir göstərə, mövsümi və ya gündəlik işləyən şəxslərin iş saatlarının azalmasına səbəb ola bilər.

Digər tərəfdən, məhdudiyyət nəticəsində toyların əsasən həftəsonuna cəmləşməsi qiymət siyasətinə təsir edə bilər. Tələb müəyyən günlərə yığıldıqda bazarda qiymət artımı riski yaranır. Xüsusilə böyük şəhərlərdə premium zallar daha yüksək qiymət tətbiq edə bilər. Bu isə istehlakçı xərclərinin artmasına gətirib çıxara və ailələrin alternativ – daha kiçik məkanlara və ya fərqli formatlara üstünlük verməsinə səbəb ola bilər. Rəqabət azalarsa, qiymət elastikliyi zəifləyə bilər; əksinə, məhdud günlərdə güclü rəqabət yaranarsa, kampaniya və paket təklifləri arta bilər.

Türkiyə iqtisadiyyatında xidmət sektoru böyük paya malikdir və bu sahədə atılan addımlar ümumi daxili tələbat göstəricilərinə təsir edir. Ona görə də belə model həm sosial tənzimləmə, həm də iqtisadi tarazlıq baxımından diqqətlə hesablanmalıdır.

Bu modelin Azərbaycan mühitində tətbiqi isə fərqli nəticələr verə bilər. Azərbaycanda toy sənayesi yüksək dövriyyəli və mədəni baxımdan geniş yayılmış sahədir. Məhdudlaşdırma tətbiq olunsa, bazar balansı dəyişə bilər: həftəsonu sıxlığı artar, qiymətlər yüksələ və qeyri-rəsmi məkanlara yönəlmə baş verə bilər. Kiçik və orta sahibkarlar üçün sabit pul axınının azalması kredit öhdəliklərinin icrasını çətinləşdirə bilər. Eyni zamanda rəqabət daha çox iri və tanınmış zalların xeyrinə formalaşa bilər.

İstehlakçı xərcləri baxımından isə iki ssenari mümkündür: ya qiymətlər artacaq və ailələrin ümumi toy büdcəsi yüksələcək, ya da ailələr daha qənaətli modelə keçərək qonaq sayını və xidmət paketini azaldacaqlar. Hər iki halda bazarda struktur dəyişiklik baş verə bilər. Belə bir tənzimləmə sosial məqsədlərlə əsaslandırılsa da, iqtisadi təsirləri çoxşaxəli olacaq və tətbiqdən əvvəl xidmət sektorunun payı, məşğulluq səviyyəsi və bazar elastikliyi ciddi təhlil edilməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri