Icma.az
close
up
RU
“Bu qərar həmin sahibkarlarının daxili bazara inteqrasiyasını daha da gücləndirə bilər”

“Bu qərar həmin sahibkarlarının daxili bazara inteqrasiyasını daha da gücləndirə bilər”

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

“Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsi və yerli sahibkarın beynlxalq bazarlara çıxış imkanlarının artırılması baxımından mühüm addımlardan biri atılıb. Prezident İlham Əliyevin imzaladığı yeni Fərmana əsasən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı yaranan nəqliyyat xərclərinin əhəmiyyətli hissəsi dövlət tərəfindən dəstəklənəcək. Belə ki, dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycanda qeydiyyatda olan avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilən daşımalar üzrə nəqliyyat xərclərinin 70 %-ə qədəri, xarici qeydiyyatlı avtomobil nəqliyyatı ilə daşınmalarda isə 50 %-ə qədəri dövlət tərəfindən kompensasiya ediləcək”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, bununla yanaşı, dəstəyin yekun məbləği məhsulun gömrük dəyərinə uyğun limitlərlə də tənzimlənəcək: 

“Belə ki, avtomobil, dəmir yolu və hava daşımalarında dəstək məhsulun gömrük dəyərinin 15 %-ni, dəniz daşımalarında isə 5 %-ni keçə bilməyəcək. Yəni mexanizm həm sahibkarın real logistika xərclərini nəzərə alır, həm də dövlət dəstəyinin daha balanslı və səmərəli tətbiqinə imkan yaradır.Bu qərarın ən mühüm tərəflərindən biri odur ki, ixrac zamanı sahibkarın üzərində olan əsas maliyyə yüklərindən biri hesab edilən logistika xərcləri azalır. Bir çox hallarda məhsul istehsal etməkdən daha çətin və bahalı proses onun xarici bazara çatdırılması olurdu. Yeni mexanizm xüsusilə kiçik və orta sahibkarların ixrac imkanlarını genişləndirə, onların yeni bazarlara çıxışını sürətləndirə və Azərbaycan məhsullarının rəqabət qabiliyyətini artıra bilər”. 

İqtisadçının sözlərinə görə, Fərmanda Naxçıvan Muxtar Respublikası ilə bağlı ayrıca dəstək mexanizminin nəzərdə tutulması da xüsusi diqqət çəkir:

“Naxçıvanda istehsal olunan qeyri-neft məhsullarının Azərbaycanın digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilən nəqliyyat xərclərinin 70 %-nin dövlət tərəfindən qarşılanması regionun istehsal və satış imkanlarının genişlənməsi baxımından mühüm addımdır. Bu qərar Naxçıvan sahibkarlarının daxili bazara inteqrasiyasını daha da gücləndirə bilər. Həm də bu fərmanla Naxçıvandan olmayan digər azərbaycanlı sahibkarlar üçün də Naxçıvanda istehsal müəssisələri yaratmaq və bu dəstək mexanizmindən faydalanmaq baxımından yeni maraq yarana bilər.Digər vacib məqamlardan biri də odur ki, mexanizm qısamüddətli deyil. Fərmanın tətbiqi 2026-cı ilin sentyabrından başlayaraq 2036-cı ilin sonunadək nəzərdə tutulur. Bu isə sahibkarlar üçün uzunmüddətli planlaşdırma, ixrac strategiyası qurmaq və yeni bazarlara investisiya etmək baxımından mühüm etimad mühiti formalaşdırır.Əlqərəz, bu qərar qeyri-neft ixracının artırılması, regional istehsalın təşviqi, logistika xərclərinin optimallaşdırılması və “Made in Azerbaijan” məhsullarının xarici bazarlarda mövqeyinin gücləndirilməsi istiqamətində strateji iqtisadi addımdır”. 

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 İyun 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri