Icma.az
close
up
RU
Vyetnamın Asiya bazarlarına yaxınlığı Azərbaycanın bu regionla əməkdaşlığını daha da gücləndirə bilər ŞƏRH

Vyetnamın Asiya bazarlarına yaxınlığı Azərbaycanın bu regionla əməkdaşlığını daha da gücləndirə bilər ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan-Vyetnam münasibətləri tarixi əsaslara malik çoxşaxəli əməkdaşlıq imkanlarını özündə ehtiva edir. Son zamanlar iki ölkə arasında xüsusilə siyasi, iqtisadi və mədəni əlaqələr mühüm inkişaf mərhələsindən keçib. Diplomatik münasibətlərin əsası müstəqilliyin ilk illərində, daha dəqiq ifadə etsək, 1992-ci ildə qoyulmuş, o vaxtdan etibarən iki ölkə arasında qarşılıqlı hörmət, suverenlik prinsiplərinə dəstək və səmimi tərəfdaşlıq əsasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atılmışdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

İkitərəfli münasibətlərin tarixi köklərindən danışan Aytən Qurbanova bu əlaqələrin SSRİ dövründə başladığını və çoxtərəfli şəkil aldığını qeyd edib: “Həmin dövrdən aazərbaycanlı mütəxəssislər, xüsusilə də neft sahəsində çalışan peşəkarlar Vyetnamda mühüm layihələrdə iştirak edərək, texniki bilik və təcrübələrini vyetnamlı həmkarları ilə paylaşıblar. Eləcə də minlərlə vyetnamlı tələbənin həmin dövrdə Azərbaycanın ali məktəblərində təhsil alması üçün şərait yaradılmışdı. Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” xəbər agentliyinə müsahibəsində bu məqamı xüsusilə vurğulayaraq bildirdi ki, sovet dövründə Azərbaycanda beş minə yaxın vyetnamlı tələbə təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələrdə çalışır”.

Onun sözlərinə görə, bu əməkdaşlıq münasibətləri Vyetnam cəmiyyətində Azərbaycan ilə bağlı müsbət xatirələr formalaşdırıb və ikitərəfli münasibətlərin gələcəyinin güclü əsaslarda qurulmasına şərait yaradıb. Müstəqilliyin bərpasından sonra iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üçün də mühüm addımlar atılıb. Siyasi münasibətlərin əsasında dayanan qarşılıqlı hörmət və beynəlxalq platformalarda mühüm məsələlər üzrə birmənalı dəstəyin ifadə olunması kimi prinsiplər iki dövlət arasındakı əməkdaşlığın möhkəmləndirilməsini şərtləndirən mühüm amillərdir. Vyetnam və Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və bir sıra digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birlərinin mövqelərinə hörmətlə yanaşırlar. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycanın ərazi bütövlüyünə hörməti və bu istiqamətdə atılan addımlara dəstəyi açıq şəkildə ifadə edən Vyetnam ilə münasibətlərin dostluq səviyyəsində qiymətləndirilməsi heç də təsadüfi xarakter daşımır.

“Azərbaycan ilə Vyetnam arasında enerji, kənd təsərrüfatı, nəqliyyat və informasiya texnologiyaları sahələrində əməkdaşlıq imkanları kifayət qədər yüksəkdir. Mövcud şəraitdə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfərinin və dövlət başçımızla görüşü çərçivəsində əldə olunmuş razılıqların ikitərəfli münasibətlərdə strateji istiqamətlər üzrə əməkdaşlığın inkişafına müsbət təsir edəcəyi istisna olunmamalıdır. Belə ki, səfər çərçivəsində Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərə nəzər yetirdikdə məhz enerji, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, təhsil, mədəniyyət və bir sıra başqa mühüm istiqamətlər üzrə əlaqələrin möhkəmləndirilməsini özündə ehtiva edən geniş yol xəritəsinin olduğunu müşahidə etmək mümkündür”,- deyə A.Qurbanova əlavə edib.

Politoloq qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətlər son illərdə müsbət dinamika ilə inkişaf edir. Eyni zamanda, Vyetnam ilə Azərbaycan arasındakı ticarət əlaqələrinin inkişafı dövlətlərin strateji əməkdaşlıqda maraqlı olduqlarının və iqtisadi potensialdan daha səmərəli istifadə etməyə çalışdıqlarının bariz nümunəsidir. Cari ilin ilk üç ayının nəticələrinə nəzər yetirdikdə, Azərbaycan ilə Vyetnam arasındakı ikitərəfli ticarət dövriyyəsinin həcminin 127,2 milyon dollara çatdığını görürük. Bu göstərici 2024-cü ilin bütün dövründə qeydə alınan 223,9 milyon dollarlıq ticarət dövriyyəsinin təxminən 57 faizinə bərabərdir. Bu isə onu deməyə əsas verir ki, bu il də ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə xeyli artacaq. Hər iki ölkənin yaşıl enerjiyə keçid prosesində olması alternativ enerji sahəsində təcrübə və texnologiya mübadiləsinə şərait yaradan önəmli məqamdır. Azərbaycanın müasir nəqliyyat infrastrukturu və Vyetnamın Asiya bazarlarına yaxınlığı logistik baxımdan da Azərbaycanın bu region ilə əməkdaşlığının gücləndirilməsinə şərait yarada bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri