Bu qəzetlərə 660 min manat ödəniləcək Siyahı
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən müəssisələrin dövri mətbuata abunə yazılışına başlanılır.
Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı hazırlıqlar başa çatdırılıb.
Məlumata görə, paytaxt məktəblərinin abunə yazılışı xidməti ilə bağlı ən uyğun qiyməti “Mətbuat Yayım” şirkəti təklif edib.
Belə ki, şirkət biri jurnal, digərləri qəzet olmaqla, ümumilikdə 10 media subyektinə abunə yazılışı üçün 660 072 manat ödəniş edilməsi təklifi ilə çıxış edib.
Hazırda təklif dəyərləndirilmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.
Xatırladaq ki, BŞTİ-nin müəssisələrinin dövri mətbuata abunə yazılışı ötən il 659 696 manata başa gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 04 Mart 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















