Icma.az
close
up
RU
Bu qidalar qaraciyər yağlanmasını ARTIRIR

Bu qidalar qaraciyər yağlanmasını ARTIRIR

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir həyat tərzinin yaratdığı problemlərdən biri olan qaraciyər yağlanması sürətlə yayılır. Daxili xəstəliklər üzrə mütəxəssis Dr. Büşra Neslişah Arslan bu vəziyyətlə bağlı cəmiyyəti xəbərdar edib. Onun sözlərinə görə, xəstəlik erkən mərhələlərdə əlamət verməsə də, vaxtında müdaxilə olunmadıqda siroz və ciddi qaraciyər çatışmazlığına səbəb ola bilər.

Bu barədə News24.az türk mediasına istinadən xəbər verir. 

Dr. Arslan qeyd edib ki, əvvəllər sirozun əsas səbəbi hepatit B və C kimi viral infeksiyalar idisə, bu gün əsas təhlükə yanlış qidalanma və hərəkətsiz həyat tərzidir. Qaraciyər yağlanması təkcə alkoqol istifadəsi ilə deyil, həm də bədən kütlə indeksinin yüksəkliyi, bel çevrəsinin qalın olması, yüksək qan şəkəri, insulin dirənci, hipertoniya və qandakı yağ səviyyələrinin artması kimi risk faktorları ilə əlaqəlidir.

Qaraciyər yağlanmasının ilkin mərhələsində əlamətlərin görünmədiyini deyən mütəxəssis, irəlilədikcə qarın ağrısı, halsızlıq, yorğunluq və qaraciyər enzimlərinin yüksəlməsi kimi simptomların müşahidə oluna biləcəyini vurğulayıb. Daha ağır hallarda isə qarında və ayaqlarda maye yığılması (asit və ödem) baş verə bilər.

Dr. Arslan, bu problemin qarşısını almaq üçün düzgün qidalanmanın və fiziki aktivliyin vacibliyini vurğulayıb:

“Aşırı yağlı, hazır və emal olunmuş qidalardan, şəkərli məhsullardan və artıq karbohidratdan uzaq durmalıyıq. Həftədə 3-4 dəfə, 30-45 dəqiqə sürətli yürüş qaraciyər yağlanmasının qarşısını almaqda təsirli ola bilər.”

O, həmçinin bildirib ki, sağlam qidalanma və müntəzəm fiziki fəaliyyət qaraciyər enzimlərində sürətli yaxşılaşma təmin etsə də, ultrasəs görüntülərindəki dəyişikliklər zaman alır və bu prosesdə səbir və davamlılıq vacibdir. Yağlanmaya dair risk faktorları olan şəxslərin isə vaxt itirmədən həkimə müraciət edərək qan analizləri və qaraciyər ultrasəs müayinəsi aparmaları tövsiyə olunur. Gərəksə, FIB-4 skoru və Fibroscan kimi qeyri-invaziv testlərlə vəziyyətin gedişi izlənilə bilər.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 İyul 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri