Icma.az
close
up
RU
Ukrayna üç kəndi geri aldı, Rusiya şəhəri mühasirəyə alır

Ukrayna üç kəndi geri aldı, Rusiya şəhəri mühasirəyə alır

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Rusiya ordusu Ukraynanın şərqində hücumlarını gücləndirərək, səylərini Donetsk vilayətinin strateji şəhəri Pokrovska yönəldib.

Bakupost.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşr yazıb ki, aylarla ləng irəliləyişdən sonra Rusiya bölmələri şəhər ərazisinə daxil olub, Ukrayna qüvvələri onların irəliləyişinin qarşısını almaq üçün şiddətli döyüşlər aparır.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bundan öncə təxminən 5500 Ukrayna hərbçisinin Pokrovsk yaxınlığında mühasirəyə alındığını açıqlayıb. Amma Ukrayna Prezidenti Volodimir Zelenski Pokrovskda vəziyyətin çox çətin olduğunu etiraf etsə də, Gerasimovun iddiasını “tamamilə yalan” adlandırıb.

Hərbi analitik Kostyantin Maşovets nəşrə deyib ki, hələlik Ukrayna bölmələrinin tam mühasirəyə alınmasından danışmağa əsas yoxdur: “Amma təhlükə kifayət qədər realdır, düşmən əsas istehkamlardan yan keçərək cinahlardan şəhərə nüfuz edən kiçik qruplardan istifadə edir”.

Analitikin sözlərinə görə, 3-5 nəfərlik rus piyada qrupları şəhərin cənub hissəsində fəal şəkildə hərəkət edir, müdafiədə xaos yaradır, Ukrayna qoşunlarının diqqətini yayındırır.

Pokrovskdan əlavə, Rusiya qüvvələri Donetsk bölgəsində yerləşən Liman və Kostyantinivkada da irəliləyir.

Həmçinin “DeepState” monitorinq qrupu bildirib ki, Ukrayna ordusu avqustda Rusiyanın qəfil hücumundan sonra itirilən Pokrovskdan şimalda üç kəndi geri alıb. Əvəzində Rusiya qoşunları Kupyanskda (Xarkov vilayəti) şəhərin mərkəzi rayonlarına, cənubda isə Dnepropetrovsk vilayətinin bəzi ərazilərinə doğru irəliləyiblər.(Teleqraf)


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri