Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Acılı, qızardılmış və yağlı yeməklər alkoqoldan sonrakı vəziyyəti daha da ağırlaşdıra bilər.
Redaktor.az xəbər verir ki, bu haqda xarici mediaya narkoloq və psixiatr Sergey Litkov açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, alkoqol qəbulundan sonra orqanizmdə susuzlaşma, su-duz balansının pozulması və intoksikasiya baş verir. Buna görə də ilk növbədə su-duz balansını bərpa etmək vacibdir. Yalnız bundan sonra iştah yarandıqda yüngül qidalar qəbul etmək olar.
Həkim bu məqsədlə toyuq bulyonu, yulaf sıyığı, omlet, banan, düyü və ya sobada bişirilmiş tərəvəzləri tövsiyə edib.
Litkov ağır və yağlı qidaların isə alkoqoldan sonrakı vəziyyət üçün uyğun olmadığını bildirib. Onun sözlərinə görə, kabab, qızardılmış ət və fastfud sağalma prosesini sürətləndirmir.
Mütəxəssis qeyd edib ki, belə hallarda mədə və qaraciyər eyni vaxtda həm alkoqolun, həm də ağır qidaların yaratdığı fəsadların öhdəsindən gəlməli olur.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:299
Bu xəbər 31 Avqust 2026 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















