Bu, quru sərhədlərinin açılmasına təsir göstərəcək Deputat
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
"Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlaması Gürcüstan-Azərbaycan münasibətlərinə, iki ölkə arasındakı ticarət dövriyyəsinə, turizmin və xidmət sektorunun inkişafına, eləcə də regional inteqrasiyaya töhfə verəcək".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov deyib. Onun sözlərinə görə, artıq regionun canlandığının şahidiyik:
"Bu canlanma şübhəsiz ki, Azərbaycanın Zəfərindən sonra sürətlənib. Çünki mövcud və görünməyən maneələrin aradan qaldırılması məhz bundan sonra mümkün olub. Cənab Prezident İlham Əliyev hər zaman diplomatiyanın önəminə diqqət çəkir. Vizasız gediş-gəliş imkanlarının genişlənməsi, dəmir yolu və digər nəqliyyat vasitələri ilə sərhəd keçidlərinin asanlaşdırılması regionun iqtisadi potensialını artıracaq və quru sərhədlərinin açılmasına da təsir göstərəcək.
Burada əsas məqamlardan biri Cənubi Qafqazın siyasi və iqtisadi xəritəsinin yenidən formalaşmasıdır. Bu prosesdə regional inteqrasiya, xalqlar arasında mübadilə və gediş-gəlişin genişlənməsi mühüm rol oynayır. Quru yollarla əlaqələrin güclənməsi daha sıx inteqrasiyaya gətirib çıxaracaq, xalqlar arasında inam və etimadın möhkəmlənməsinə şərait yaradacaq".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 21 May 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















