Icma.az
close
up
RU
Deputat: Bu mədəniyyət sahəsinin inkişafına mənfi təsir göstərəcək

Deputat: Bu mədəniyyət sahəsinin inkişafına mənfi təsir göstərəcək

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Son illərin dini fəaliyyət sahəsində ən mühüm qərarlarından biri də din xadimlərinə dövlətin maddi dəstək göstərməsidir. Hazırda ölkədə təxminən 2250 məscid var. Təxminən 1000  nəfər ətrafında  din xadimi dövlətdən maddi dəstək alır. Düzdür bu məscidlərin hamısı tam fəaliyyət göstərmir. Ancaq fəaliyyət göstərən məscidlərdə bir neçə din xadimi fəaliyyət göstərir. Hesab edirəm az da olsa dövlətdən maddi dəstək alan din xadimlərinin əhatə dairəsinin genişləndirilməsi din sahəsində proseslərə müsbət töhfə verə bilər”. 

Ölkə.az xəbər verir ki, bunu  deputat Ceyhun Məmmədov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.
Deputat bildirib ki, bölgələrdə dini tarixi abidələrin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var. “Dini tədbirlərə vəsaitin artırılması təqdirəlayiqdir. Düşünürəm eyni zamanda dini maarifləndirmə sahəsinə də vəsaitin artırılmasına ehtiyac var. Azərbaycanda dini sahədə ciddi proseslər gedir. Qeyri-ənənəvi radikal dini təriqətlərin üzvlərinin sayında artım müşahidə olunur. İnzibati tədbirlərlə yanaşı maarifləndirmə işi də çox önəmlidir”, - o qeyd edib.

O əlavə edib ki, son illər mədəniyyət sahəsində bir sıra islahatlar həyata keçirilir: «Büdcə vəsaitinə qənaət, şəffaflığın təmin olunması məqsədilə addımlar atılır. Bu müsbət addımdır. Ancaq burada vətəndaşları narahat edən bir neçə məsələyə toxunmaq istəyirəm. Bu il rayon və şəhərlərdə musiqi məktəblərinə qəbul yerləri azaldıldı. Eyni zamanda bölgələrdə mədəniyyət sahəsində çalışan işçilərlə bağlı bir sıra qərarlar qəbul edildi.Burada xüsusilə bir məsələni qeyd etmək istəyirəm. Misal üçün mənmi təmsil etdiyim bölgədə 5 kitabxanada belə bir problem var. Kitabxananın işçisinin 65 yaşı tamam olub, təqaüdə göndərilib və yerinə işçi götürülməyib. Bu gün həmin 5 kitabxananın fəaliyyəti dayanıb. Hesab edirəm bu məsələnin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var. Mədəniyyət sahəsi çox önəmlidir. Dövlət büdcəsinə qənaət musiqi məktəblərinin və ya klub və kitabxanaların bağlanması hesabına olmamalıdır. Onsuz da bu müəssisələrin saxlanılması böyük vəsait tələb etmir. Sözügedən sahədə ciddi dəyişikliklər gələcəkdə bu sahənin inkişafına mənfi təsir göstərə bilər”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Noyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see149

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see141

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see140

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see127

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see127

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see127

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see121

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see119

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see118

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri