Icma.az
close
up
RU
Bu qurumun 2 əməkdaşı ehtiyata buraxıldı Korrupsiya

Bu qurumun 2 əməkdaşı ehtiyata buraxıldı Korrupsiya

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin 9 ayı ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 122 əməkdaş (onlardan 72-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

Bu barədə Axar.az-a xidmətdən məlumat verilib.

Bildirilib ki, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə aidiyyəti qanunvericilik və sahəvi normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilməsi nəticəsində həmin kateqoriyalı şəxslərə qarşı məsuliyyət tədbirləri sərtləşdirilmiş, hüquq-mühafizə orqanları ilə birgə onların yerlərinin müəyyənləşdirilib çağırışa cəlb olunması, barələrində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istiqamətində zəruri tədbirlər görülür və bu sahədə müsbət nəticələr əldə olunmaqdadır.

Tibbi şəhadətləndirilmə sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı Ölkə Başçısının müvafiq Fərmanının icrasının təmini məqsədilə, 01 iyul 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların dörd yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən həyata keçirilir.

Tibbi şəhadətləndirmə prosesində iştirak edən aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin elektronlaşdırılması, habelə bu sahədə həyata keçirilən institusional və təşkilati optimallaşdırma tədbirləri proseslərin daha səmərəli təşkili üçün əlverişli şərait yaratmışdır. Görülmüş bu tədbirlər korrupsiya risklərinin azaldılmasına, fəaliyyətin şəffaflığının və hesabatlılığının artırılmasına mühüm töhfə verməkdədir.

Cari ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq dövlət qurumları ilə rəqəmsal sahədə inteqrasiya proseslərinin keçirilməsi, bu çərçivədə müvafiq məlumatların real vaxt rejimində fasiləsiz əldə olunması qərar qəbuletmə prosesində operativliyin və obyektivliyin təmin edilməsinə xidmət edir.

Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda "Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət", "Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə", "Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair", "Həqiqi hərbi xidmət keçmə haqqında", "Müddətli həqiqi hərbi xidmət barədə" və "Hərbi qeydiyyat" haqqında arayışlar, eləcə də tibbi şəhadətləndirilmənin nəticələri, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin edildikləri qoşun növləri barədə məlumatlar "MyGov" rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara təqdim olunur. Həmçinin, fərdi elektron səhifəsi ("MyGov" kabineti) üzərindən müvafiq müraciətlərin göndərilməsi və cavabların qəbulu təmin edilib.

Eyni zamanda, Xidmətin fəaliyyətinin tənzimlənməsi sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə əlaqədar olaraq, cari ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydası" qüvvəyə minib.

Belə ki, cari ilin əvvəlindən 2011-ci il təvəllüdlü, sentyabr ayından isə 2009 və 2010-cu il təvəllüdlü vətəndaşların ilkin hərbi qeydiyyata alınma prosesi (bildiriş, qərarların qəbulu və bu barədə məlumatlandırma) və tələb olunan sənədlərin alınması tam olaraq elektronlaşdırılmış və bütün prosesin Mygov platforması üzərindən həyata keçirilməsi, ilkin hərbi qeydiyyata alınma vəsiqəsinin kağız daşıyıcısının ləğv edilməsi xidmətdə şəffaflığın və vətəndaş məmnunluğunun artırılmasına səbəb olub.

Rəqəmsal sahədə yeniliklərdən biri də vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində süni intellekt imkanlarından istifadə olunmasıdır. Belə ki, laborator və digər diaqnostik müayinələrin nəticələrinin süni intellektə əsaslanan qərar-dəstək sistemi vasitəsilə avtomatik təhlil olunması nəzərdə tutulur. Sistem hər bir göstəricini müvafiq normativ göstəricilərlə (reference) müqayisə etməklə yanaşı, bir neçə göstəricinin birgə təhlilini aparacaq və ayrı-ayrılıqda diqqətdən kənarda qala biləcək, lakin müəyyən xəstəliklərin əlaməti ola bilən göstərici kombinasiyalarını aşkarlayacaq. Bu yanaşma insan amilindən qaynaqlanan səhvlərin – yorğunluq, diqqətdən yayınma və ya çoxsaylı parametrlər arasındakı gizli əlaqələrin nəzərdən qaçırılması kimi halların qarşısının alınmasına imkan verəcək.

Qeyd olunmalıdır ki, sistem yekun rəy verməyəcək, yalnız potensial risk profillərini, laborator və instrumental müayinələrin nəticələrindəki normadan kənarlaşma hallarını aşkarlayaraq həkim-ekspertin diqqətinə çatdıracaq və son qərar hərbi-həkim komissiyası tərəfindən qəbul ediləcək. Hazırda həmin proseslər aidiyyəti qurumlarla müzakirə və test mərhələsindədir.

Vətəndaşlara korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı mərkəzinə və ya [email protected] elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və "MyGov" platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Oktyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri