Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Bu rayonunun 3 aylıq iqtisadi və sosial göstəriciləri AÇIQLANDI

Bu rayonunun 3 aylıq iqtisadi və sosial göstəriciləri AÇIQLANDI

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2025-ci ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün  bütün maliyyə mənbələrindən əsas kapitala 22096,0 min manat və ya 2024-ci ilin müvafiq dövrü  ilə müqayisədə 47,1 faiz çox investisiya yönəlib. Ümumi sərmayənin 70,7 faizi dövlət, 29,3 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 21085,5 min manatı və ya 95,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilib”.
Demokrat.az
xəbər verir ki, bunu Salyan rayon statistika idarəsinin rəisi Elnur Hüseynov deyib.
O bildirib ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 1641,5 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz az xidmət göstərilib:
“Nəqliyyat sektorunda məhsul buraxılışının 76,9 faizini sərnişin daşınması, 23,1 faizi isə yük daşınması təşkil edib. İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 15,6 faiz artaraq 322,7 min manat təşkil edib. 
İstehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilimiş xidmətlərin dəyəri 137496,1 min manat olmaqla 2024-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 3,2 faiz artmış, ümumi dəyərin 80,2 faizini pərakəndə ticarət dövriyyəsi,18,1 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlər, 1,7 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edir”.
İdarə rəisi əlavə edib ki, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,8 faiz artaraq 24953,3 min manat olub:
“Hüquqi şəxslər tərəfindən əhaliyə 5425,7 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 21,7 faizini təşkil edib. Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 110224,5  min manatlıq, o cümlədən 63135,7 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 47088,8 min manatlıq qeyri-ərzaq malları satılıb. 2024-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə isə 17,1 faiz artmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 7,6 faiz azalıb. Əhaliyə göstərilən ödənişli xidmətlərin 10,6 faizini (2642,4 min manat) məişət xidmətləri təşkil edib. Məişət xidmətlərinin 1,5 min manatı (0,1 faizi) hüquqi şəxslərin, 2640,9 min manatı (99,9 faizi) hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların payına düşür. İlk 3 ayda ictimai iaşə dövriyyəsi 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,2 faiz artaraq 2318,3 min manat olub”.
E.Hüseynov qeyd edib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 4,6 faizi hüquqi şəxslərin, 95,4 faizi isə bu  sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür:
“Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 43646,5 min manatlıq və ya 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz az sənaye məhsulu istehsal edilib. İstehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi qeyri-dövlət sektorunda 33239,2 min manat, dövlət sektorunda isə 10407,3 min manat olub. 
Rayonda yaz-tarla işləri aparılır və 2025-ci ilin yanvar-mart aylarında  3383,9 hektar sahədə və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çox yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 33,0 hektar dən üçün qarğıdalı, 468,0 hektar sahədə kartof, 473,9 hektar sahədə tərəvəz, 247,0 hektar sahədə bostan bitkiləri, 2162,0 hektar sahədə çoxillik otlar əkilib. Quş əti də daxil olmaqla diri çəkidə 3373 ton ət, 11452 ton süd, 7398 min ədəd yumurta istehsal edilmiş, 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,2 faiz, yumurta istehsalı 0,2 faiz artıb”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see194

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see184

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see124

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri