Icma.az
close
up
RU
Bu rayonunun 1 illik iqtisadi və sosial göstəriciləri AÇIQLANDI

Bu rayonunun 1 illik iqtisadi və sosial göstəriciləri AÇIQLANDI

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

“Rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən ilkin hesablamalara görə 646727,9 min manatlıq və ya 2023-cü illə  müqayisədə 2,4 faiz çox ümumi məhsul istehsal edilib”.
Demokrat.az xəbər verir ki, bunu Salyan rayon statistika idarəsinin rəisi Elnur Hüseynov deyib.
O bildirib ki, ilkin məlumatlara əsasən ilin əvvəlindən əhalinin sayı 0,7 min nəfər və ya 0,4 faiz artaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 140,3 min nəfərə çatıb:
“Ümumi  məhsulun 138324,4 min manatı və ya 21,4 faizi sənaye sahələrində, 270802,8 min manatı və ya 41,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 97978,8 min manatı və ya 15,1 faizi tikintidə, 7676,6 min manatı və ya 1,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahəsində, 1199,0 min manatı və ya 0,2 faizi informasiya və rabitə sahəsində, 130746,3 min manatı və ya 20,2 faizi isə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində yaradılıb. Sənaye  müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ildə 138324,4 min manatlıq və ya 2023-cü illə müqayisədə 6,8 faiz az sənaye məhsulu istehsal edilib. İstehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi qeyri-dövlət sektorunda 125828,4 min manat, dövlət sektorunda isə isə 12496,0 min manat olub. Sənaye məhsulunun 73,9 faizi mədənçıxarma, 17,3 faizi emal, 8,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub”.

İdarə rəisi əlavə edib ki, sənayedə qeyri-dövlət sektorunun payı 91,0 faiz olub:
“Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatıbdır. 2024-cü ildə qarğıdalı da daxil olmaqla tarlalardan 66068,4  ton və ya 2023-cü ilə nisbətən 13,7 faiz az dənli və dənli paxlalı bitkilər, 39812,8 ton (1,2 faiz çox) tərəvəz, 6060,0 ton (20,8 faiz az) kartof, 18724,0 ton (5,0 faiz çox) bostan məhsulları, 29372,4 ton (11,7 faiz çox) pambıq, 2250,0 ton (7,5 dəfə çox) şəkər çuğunduru, 46,0 ton (21,1 faiz çox) günəbaxan, 9526,0 ton (1,3 faiz çox) üzüm yığılıb. 2024-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 14099,0 ton ət, 50865,0 ton süd, 35128,0 min ədəd yumurta, 350 ton yun istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,5 faiz,  yumurta istehsalı 0,1 faiz artıb.  2023-cü illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu müqayisəli qiymətlərlə 0,3 faiz artıb. Kənd təsərrüfatının ümumi məhsulunun tərkibində heyvandarlıq məhsullarının xüsusi çəkisi 52,0, bitkiçilik məhsullarının xüsusi çəkisi isə 48,0 faiz təşkil edib. 2024-cü ildə rayonun iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına əsas kapitala 109148,0 min manat məbləğində, yaxud 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,0 faiz çox investisiya yönəldilib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 97978,8 min manatı və ya 89,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə tikinti-quraşdırma işləri 24,8 faiz çox olub. Rayon əhalisinin şəxsi vəsaiti hesabına 64928,8 kv.m həcmində, 14320,0 min manat dəyərində fərdi yaşayış evləri tikilib istifadəyə verilib”.
E.Hüseynov qeyd edib ki, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2024-cü ildə 1140,0 min ton yük və 37825 min nəfər sərnişin daşınıb:
“2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 7,2 faiz, sərnişin daşınması isə 9,5 faiz artıbdır. İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ildə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 13,0 faiz artaraq 1199,0 min manat təşkil edib.  2024-cü ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 408582,1 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 86482,2 min manatlıq ödənişli xidmət göstərilib. 2023-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə əmtəə dövriyyəsi 1,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 4,5 faiz artmış, ticarət şəbəkəsində 234769,8 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 173812,3 min manatlıq qeyri-ərzaq məhsulları satılıb. 2024-cü ildə istehlak qiymətləri indeksi 2023-cü illə müqayisədə 102,3 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102,3 faiz, qeyri-qida məhsulları üzrə  101,6 faiz, ödənişli xidmətlər üzrə  isə 102,7 faiz təşkil edib. 2024-cü ilin yanvar-noyabr  aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 4,2 faiz artaraq 671,2 manat təşkil edib”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see132

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see131

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see131

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see128

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see128

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see127

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see123

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see123

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see122

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see120

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see119

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see119

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see117

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see116

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see113

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see113

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see113

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see112

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see111

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri