Icma.az
close
up
RU
Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi bölgə xalqlarının maraqlarına cavab verir. Azərbaycan daim bu istiqamətdə təşəbbüslər göstərib və göstərməkdədir. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra regionumuzun əməkdaşlıq məkanına çevrilməsi üçün real zəmin yaranıb. Avqustun 31-də Bişkekdə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü də sülh prosesi müstəvisində böyük əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.

Millət vəkilinin sözlərinə görə, ötən il avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündən sonra 30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub:

“Bu görüşdən sonra ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.

Azərbaycan dövləti sübut etdi ki, Zəfər yalnız müharibədə qalib gəlmək deyil, həm də sülh yaratmaq və gələcək nəsillər üçün sabitlik təmin etməkdədir. Bu mənada Prezident İlham Əliyevin sülh təşəbbüsləri böyük siyasi iradəni, ədalətli sülhü və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunu tərənnüm edir. Dövlətimizin başçısının diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Buna görə də, dünya ictimaiyyəti Prezident İlham Əliyevin təqdim etdiyi sülh gündəliyini birmənalı olaraq qəbul edir”.

Samir Vəliyev qeyd edib ki, hazırkı sülh prosesi regional təhlükəsizlik, əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir:

“Vaşinqton Sammitinin nailiyyətlərindən biri də Azərbaycanın Naxçıvan bölgəsi ilə maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsidir. Bu marşrut - Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinin inteqrasiyasına səbəb olacaq. Hazırda bu layihənin reallaşdırılması istiqamətində praktiki addımlar atılır. Liderlərin görüşündə də Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparılıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyəti qeyd edilib”.

Samir Vəliyev qeyd edib ki, Vaşinqton razılaşmaları Ermənistan üçün də önəmli faydalar gətirir:

“Belə ki, ötən bir ildə Azərbaycan Ermənistana yük daşımaları üçün hər cür şəraiti yaradıb. Qazaxıstan və Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda və başqa məhsullar daşıyıb. Azərbaycandan isə Ermənistana neft məhsullarının ilk ixracı ötən ilin dekabrında başlayıb. Rəsmi Bakının bu istiqamətdə Ermənistana neft və neft məhsullarını davamlı tədarük etməsi bu ölkədə yanacağın qiymətinin tənzimlənməsinə, monopoliyanın zəifləməsinə təsir göstərib. Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir. Prezident İlham Əliyevlə Nikol Paşinyanın Bişkek görüşündə də Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Bundan əlavə, görüşdə Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edilib. 2024-cü ilin may ayında Azərbaycan və Ermənistan birbaşa danışıqlar sayəsində sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də razılığa gəldilər. Bu razılıq nəticəsində Azərbaycanın Qazax rayonunun işğal altında olan 4 kəndi dinc yolla geri qaytarıldı. Eləcə də, iki ölkə arasında dövlət sərhəddinin 13 kilometrə yaxın hissəsi rəsmi olaraq müəyyənləşib. Bu ilin aprelində isə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfər etməsi də rəsmi Bakının sülh prosesinə, əməkdaşlığa sadiqliyinin ifadəsidir”.

“Birmənalı olaraq bu və digər razılaşmalar Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olub. Rəsmi Bakı Vaşinqton görüşündə əldə edilən razılığa və imzalanan sənədlərə uyğun olaraq sülh, normallaşma prosesinə töhfələr verir. Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü də dövlətimizin başçısının regionda lider statusunun və bölgədə sülh təşəbbüsünün müəllifi olduğunun Ermənistan tərəfindən qəbul edilməsinin növbəti dəfə təsdiqidir. Əgər Ermənistan Azərbaycanın haqlı olaraq irəli sürdüyü şərti - Ermənistan konstitusiyasında dəyişiklikləri yerinə yetirdikdən sonra sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması da bütün region üçün faydalı əməkdaşlıq platforması olacaq. Bütün bunlar isə Cənubi Qafqaz üçün yeni perspektivlər açacaq” - Samir Vəliyev vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri