Icma.az
close
up
RU
Ermənistan yenidən reallığı təhrif edir

Ermənistan yenidən reallığı təhrif edir

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bu gün Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Silahlı Qüvvələrinin 08:00-dan 09:00-a qədər Ermənistanın Sünik vilayətində (Zəngəzur – red.) yerləşən Nerkin Xand kəndi istiqamətində atəş açması barədə məlumat yayıb. Ermənistan tərəfinin iddiasına görə, atəş nəticəsində yaşayış evinə zərər dəyib.

“Qafqazinfo” xəbər verir ki, etibarlı mənbənin caliber.az-a verdiyi məlumata görə, sözügedən açıqlama həqiqətə uyğun deyil.

Bildirilib ki, Azərbaycan ordusunun bölmələri qeyd olunan istiqamətdə atəş açmayıb, Ermənistan tərəfinin yaydığı açıqlama uydurmadır: “Azərbaycan Silahlı Qüvvələri mülki obyektlərə hücum etməmək prinsipinə ciddi əməl edir və heç zaman mülki əhali üçün təhdid doğurmayıb və doğurmur. Mənbələrimiz qeyd edib ki, İrəvan tərəfindən bu cür ittihamlar həm Ermənistan, həm də beynəlxalq ictimaiyyətə dezinformsiya vermək məqsədi daşıyır.

Son zamanlar Ermənistanın hərbi strukturları tərəfindən belə ittihamlar sistematik xarakter alıb. Bu, şərti sərhəd boyu gərginlik illüziyası yaratmağa yönəlmiş müəyyən informasiya strategiyasından danışmağa imkan verir. Burada məqsəd aydındır - kənar müşahidəçilərdə baş verənlər haqqında yanlış təəssürat yaratmaq və bu cür iddialar üçün hər hansı real əsas olmadan Ermənistanı qurban rolunda təqdim etmək. 

Regiona sabitlik və dayanıqlı sülhə doğru irəliləmək lazım gəldiyi bir zamanda bu cür açıqlamalar etimad mühitinə zərər vurur və Ermənistan tərəfinin konstruktiv yanaşma əvəzinə əvvəlkitək informasiya təxribatı metodlarından istifadə etdiyini nümayiş etdirir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyun 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri