Icma.az
close
up
RU
Bu rektorlar sosial mediaya salam deməyib Bəs kimlər aktivdir?

Bu rektorlar sosial mediaya salam deməyib Bəs kimlər aktivdir?

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tələbələrlə rəhbərlik arasında ünsiyyət imkanlarının artdığı dövrdə rektorların sosial şəbəkələrdəki aktivliyi də aktuallaşır. Lakin bəzi hallarda tələbələr öz universitetlərinin rektorunun virtual məkanda mövcud olub-olmadığını belə bilmirlər.

Modern.az xəbər verir ki, AzEdu.az təhsil portalı ali təhsil müəssisələrinin rəhbərlərinin sosial şəbəkə fəallığını araşdırıb:

Kimlər “online”dır, kimlər “offline” qalıb, bəziləri isə ümumiyyətlə heç vaxt “login” belə olmayıb?

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov, "Facebook", "Instagram", "X" (keçmiş Twitter) və "LinkedIn" kimi əsas sosial platformalarda aktiv olan rektorlar sırasındadır. Onlar paylaşımları ilə həm universitetin fəaliyyətini işıqlandırır, həm də təhsil ictimaiyyəti ilə açıq əlaqə qururlar.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov da "Facebook", "Instagram" və "X" platformalarında aktivdir. Lakin o, "LinkedIn" şəbəkəsində istifadə etmir.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev "X" platformasında aktivlik nümayiş etdirən rektorlardandır. Onun "Facebook" hesabı mövcud olsa da, heç bir paylaşım etmədiyi müşahidə olunur. Rektorun "LinkedIn" və "Instagram" platformalarında isə adına rast gəlinmir.

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev və Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli isə yalnız "Facebook" sosial şəbəkəsində aktivlik nümayiş etdirirlər. Onlar "Instagram", "X" və "LinkedIn" kimi digər platformalardan istifadə etmirlər.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov və Bakı Avrasiya Universitetinin (BAAU) rektoru Səyavuş Qasımov, əsasən "Facebook" və "Instagram" sosial şəbəkələrində aktiv istifadəçilərdir. Lakin onları "X" (keçmiş Twitter) və "LinkedIn" platformalarında görmək mümkün deyil.

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Əminağa Sadıqov isə yalnız "Facebook" şəbəkəsində aktivdir. "Instagram" və digər platformalarda fəaliyyəti müşahidə olunmur.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova "Facebook" şəbəkəsində aktivdir. "X" platformasında da hesabı mövcuddur, lakin burada fəal paylaşım etmir. Onun "Instagram" və "LinkedIn" sosial şəbəkələrindən istifadə etmədiyi görünür.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, əksinə olaraq, "LinkedIn" və "X" platformalarında aktivlik göstərir, lakin "Facebook" hesabından nadir hallarda istifadə edir. Rektorun "Instagram" şəbəkəsində isə heç bir fəaliyyəti yoxdur.

Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov, Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev, Azərbaycan Universitetinin (AU) rektoru Səadət Əliyeva və Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov sosial şəbəkələrdə tamamilə qeyri-aktiv olan rektorlardandır.

Adıçəkilən şəxslərin "Facebook", "Instagram", "X" və "LinkedIn" kimi platformalarda hesablarına rast gəlmədik. Onların bu platformalarda hər hansı hesab yaratdığı və ya istifadə etdiyi məlum deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 May 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri