“Onun üçün yazılmışdı, lakin Aygün Kazımova gəlib dedi ki..” “Bu Sevgi” mahnısının TARİXÇƏSİ + VİDEO
Sfera.az saytına istinadən Icma.az xəbər verir.
“Bəxt üzüyü” filmində səslənən “Bu sevgi” mahnısı əslində bu film üçün yazılmayıb.
Sfera.az bildirir ki, bunu Xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov dizayner Aynur Xəlilovanın “Youtube”da yayımlanan “Hərşeyşünas” podkastında qonaq olarkən deyib. Mahnının müəllifi bildirib ki, onu 1989-cu ildə Firəngiz üçün bəstələyib və məhz onun ifasında səslənməsi nəzərdə tutulub.
“Lakin müəyyən səbəblərdən bu baş tutmayıb. Elə həmin vaxtda Aygün Kazımova gəldi ki, Yurmolaya gedirəm, mənə mahnı lazımdır. Siyavuş Kərimi də o vaxt mənim aranjımançım idi. Onunla götür-qoy elədik. Elə o dedi ki, gəl bu mahnını verək Aygünə. Ondan sonra Aygün getdi orada oxudu, gəldi və beləcə mahnı bağlandı Aygünün ayağına. Amma Firəngizin ürəyində qalmışdı”.
Bəstəkar qeyd edib ki, ardınca Firəngiz Rəhimbəyliyə “Bəxt üzüyü” filminə çəkilməyə dəvət gəldi və bu mahnını da filmdə səsləndirmək istədiyini bildirdi: “İndi o mahnını eşidən camaat deyir ki, “Bəxt üzüyü”ndəki Sedanın mahnısı”...
Türkan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 07 Fevral 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















