Icma.az
close
up
RU
“Bu, Rus dünyası”na vurulan sillə kimi görünür” ABŞ nəşri Bakı ilə Moskva arasındakı gərginlikdən yazdı

“Bu, Rus dünyası”na vurulan sillə kimi görünür” ABŞ nəşri Bakı ilə Moskva arasındakı gərginlikdən yazdı

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Moskvanın bir vaxtlar şəksiz hökmranlıq etdiyi Qafqazda təsiri zəifləyir”

Rusiya ilə Azərbaycan arasında məlum səbəblərdən yaranmış gərginlik aparıcı dünya KİV-lərinin gündəmindən düşmür. 

“AzPolitika” xəbər verir ki, “Washington Post” nəşri bu mövzuya həsr etdiyi yazıda gərginliyin yaranma səbəblərindən söz açır və belə bir nəticəyə gəlir ki, baş verənlər Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin itirilməsinin siqnalıdır.

Qəzet qeyd edir ki, “Rusiya ilə onun keçmiş yaxın müttəfiqi Azərbaycan” arasında münasibətlər kəskin şəkildə pisləşib. Azərbaycan Rusiyanın Qafqaz regionunda hökmranlığına qarşı çıxıb, Türkiyə və İsraillə sıx əlaqələr qurmağa can atıb: “Neftlə zəngin keçmiş sovet respublikası olan Azərbaycanla Rusiya arasında münasibətlər bir-birinin vətəndaşlarının həbslərindən sonra kəskin şəkildə pisləşib. İki ölkə uzun müddətdir ki, Xəzər dənizində, siyasi cəhətdən həssas Cənubi Qafqaz regionunda sıx tərəfdaşlığa malikdir. Lakin Rusiya Ukraynadakı müharibəyə kökləndikcə, Azərbaycan Moskvanın hökmranlığına qarşı çıxmaqda daha uzağa gedib. O, həmçinin Türkiyə və İsraillə daha sıx ittifaqlar axtarır. Dekabrda Azərbaycan təyyarəsinin düşməsindən sonra münasibətlər korlanmağa başlayıb. Bakıdan göyərtəsində 67 nəfər olan "Azərbaycan Hava Yolları"na məxsus təyyarə Qroznıya uçurdu. Marşrut dəyişdirildikdən sonra təyyarə Qazaxıstanda qəzaya uğrayıb, 38 nəfər həlak olub. Rusiya tərəfindən ilkin təkziblərə baxmayaraq, təyyarənin Rusiyanın yer-hava raketi ilə vurulduğuna dair məlumatlar ortaya çıxıb.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan məsuliyyəti boynuna almağı, dövlətə və həlak olanların ailələrinə təzminat ödəməsini tələb edib. Rusiya lideri Vladimir Putin Rusiya hava məkanında baş vermiş “faciəli insident”ə görə üzr istəyib, lakin nə o, nə də onun hökuməti təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməyib və bu, Bakını daha da qəzəbləndirib.

Fəlakətdən əvvəlki aylarda münasibətlər yaxşı görünürdü: Putin Azərbaycana dövlət səfəri zamanı Əliyevlə görüşüb, sonra qeyri-rəsmi şam yeməyinə gedib”.

Qəzet yazır ki, bu il Azərbaycan Prezidenti Rusiyada may ayında keçirilən Qələbə Günü paradına getməməklə baş verənlərə etirazını və öz müstəqil mövqeyini ifadə edib. Həmin ayın sonunda isə Ukraynanın Xarici İşlər naziri Andrey Sıbiqanın Azərbaycana səfəri Bakı ilə Kiyev arasında daha sıx əlaqələrə işarə edib: “Moskvanın bir vaxtlar şəksiz hökmranlıq etdiyi regionda təsiri zəifləyir”.

Nəşrə açıqlama verən tanınmış rusiyalı poitoloq Vladimir Pastuxov isə qeyd edib ki, Azərbaycanın cəsarətli mövqeyində Ermənistan üzərində qələbəsi və Türkiyənin şəksiz dəstəyi əhəmiyyətli rol oynayıb: “Amma bu, "Rusiya dünyasına" vurulan əhəmiyyətli sillə kimi görünür".

O əlavə edib ki, Ukraynadakı müharibə Rusiyanı bir vaxtlar “arxa bağçası” hesab etdiyi Qafqazda təsirini azaldıb və “bu cür şillələr gələcəkdə daha çox olacaq”.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 İyul 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri