Icma.az
close
up
RU
Depressiya simptomlarını 30 dəqiqəyə zəiflətməyin sadə yolu AÇIQLANDI

Depressiya simptomlarını 30 dəqiqəyə zəiflətməyin sadə yolu AÇIQLANDI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Cəmi yarım saatlıq orta intensivlikdə məşq depressiya əleyhinə sürətli və nəzərəçarpan təsir göstərə bilər. Buna beynəlxalq alimlər qrupu gəlib. Araşdırmaya görə, 30 dəqiqəlik fiziki fəaliyyət yağ hüceyrələrindən gələn hormonal siqnalı aktivləşdirir, bu siqnal isə beynin ön alın payında neyron əlaqələrinin yenilənməsini başlayır və əhvalı yaxşılaşdırır.

Redaktor.az  xəbər verir ki, tədqiqatın nəticələri "Molecular Psychiatry" jurnalında dərc olunub.

Depressiya ən ağır psixi pozuntulardan biri olaraq qalır və ənənəvi dərmanlar təsirini yalnız həftələr və ya aylar sonra göstərir. Fiziki aktivliyin psixi sağlamlıq üçün faydalı olduğu çoxdan bilinsə də, onun depressiya əleyhinə təsirinin mexanizmi və sürəti tam aydın deyildi.

“Fiziki fəaliyyətin depressiya riskini azaltdığı məlum olsa da, bircə məşqin dərhal göstərdiyi təsirlər demək olar ki, araşdırılmamışdı”, — deyə işin müəllifi, Honq Konq Politexnik Universitetindən Sonata Yau bildirib.

Qısa müddətli məşqin insanlara təsirini qiymətləndirmək üçün alimlər 40 tələbə və universitet əməkdaşını tədqiqata cəlb ediblər. İştirakçıların yarısında yüksək narahatlıq və ya depressiya əlamətləri var idi. Hər bir könüllü 30 dəqiqəlik orta tempdə qaçış yolunda qaçdı. Psixoloji testlər emosional gərginliyin azaldığını, yorğunluq və narahatlığın zəiflədiyini, həmçinin özünəinam və enerjinin artdığını göstərdi.

Eyni zamanda komanda xroniki stressə məruz qalmış siçanlar üzərində də təcrübələr apardı. Cəmi bir dəfə — 30 dəqiqə qaçandan sonra heyvanlarda depressiv davranış əlamətləri kəskin şəkildə azaldı. Bu təsir iki saat sonra ortaya çıxdı və bir gün ərzində davam etdi.

Beyin aktivliyinin analizi göstərdi ki, emosiyaların tənzimlənməsinə cavabdeh olan ön singulat qabığında fəaliyyət güclənib. Alimlər siçanlarda qlutamatergen neyronların aktivləşdiyini aşkar ediblər və məhz bu hüceyrələrin iştirakı həlledici rol oynayıb. Tədqiqatçılar həmin neyronların aktivliyini xüsusi üsullarla azaltdıqda, depressiya əleyhinə təsir yoxa çıxıb. Əksinə, bu hüceyrələrin süni aktivləşdirilməsi qaçmayan heyvanlarda belə məşqin müsbət təsirini təkrarlayıb.

Xədicə BAXIŞLI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Noyabr 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri