Icma.az
close
up
RU
Bu sakinlərə 100 min manat təzminat ayrıldı Ödənilməsinə başlanılıb

Bu sakinlərə 100 min manat təzminat ayrıldı Ödənilməsinə başlanılıb

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19A ünvanında və yanğən baş verən çoxmərtəbəli yaşayış binasında bərpa prosesi mərhələli şəkildə davam etdirilir.

Hurriyyet.az-ın xəbərinə görə, bunu bina sakini olan jurnalist Heydər Mirzə bildirib.

Onun sözlərinə görə, artıq bir həftədir binaya su verilib. H.Mirzə deyib ki, elektrik enerjisinin isə sabah 11-17-ci mərtəbələrdə bərpa olunması nəzərdə tutulur:

“Bərpa işləri davam edir. Sabah 11-17-ci mərtəbələrə işıq veriləcək. Su artıq bir həftədir ki, var.  NK-nin 3 dekabr tarixli sərəncamı ilə ayrılan təzminatın məbləği müvafiq bank hesabına köçürülüb. Nə vaxt ala biləcəyik - bilmirəm. Deyirlər ki bugün - sabah. Məncə yubanma banka görədir - ərinməz hər bir təzminat alıcısına ayrıca hesab açırlar, cəmi bir əməliyyat üçün. Bu iki daşın arasında müştəri bazasını artırırlar yəni - anidən 96 yeni hesab, nə olsun ki, o hesablardan bir daha əməliyyat aparılmayacaq?  Maddi baxımdan ən ciddi və təcili məsələ liftlərin bərpasıdır. Binanın işığı, suyu və qazı olsa da, liftin o zaman işləməməsi problem törədəcək yuxarıdakı mərtəbələrdə yaşayan sakinlərin evlərinə dönməsi üçün”.

Heydər Mirzə “Yeni Sabah”a açıqlamasında söyləyib ki, yanğın zamanı zərərçəkənlərə ümumilikdə 100 min 800 manat məbləğində vəsait ayrılıb: “Məbləğ mənzilin kvadrat sahəsindən asılı olaraq dörd kateqoriyaya bölünür və hər mənzil üçün 900 manatdan 1200 manatadək dəyişir.

Təzminat vəsaitini ev sahibi və ya kirayəçi ala bilər. Bu məsələyə biz müdaxilə etmirik. Bəzi hallarda ev sahibi vəsaitin kirayəçi tərəfindən alınmasını istəyir, bəzi hallarda isə kirayəçi ilə razılaşaraq vəsaiti ev sahibinin almasına qərar verirlər. Yəni bu məsələ ev sahibi ilə kirayəçi arasında qarşılıqlı razılaşma əsasında həll olunur.

Məlumatlar cədvəl şəklində tərtib olunur. Cədvəldə, məsələn, aşağıdakı məlumatlar qeyd edilir: Mirzəyev Heydər İlyas oğlu, evin sahibi, mənzilin sahəsi, çıxarışın nömrəsi və s. Həmçinin göstərilir ki, evin sahibi kimdir və təzminat vəsaitini kim alacaq.

Bəzi hallarda təzminatı alan şəxs evin sahibi olmur. Əgər vəsaiti alacaq şəxs başqa biri olarsa, onun şəxsiyyət vəsiqəsinin məlumatları cədvəldə qeyd edilir. Təzminatı götürmək üçün həmin şəxs şəxsiyyət vəsiqəsini və mənzilin çıxarışının surətini təqdim etməlidir. Kirayəçi özü də, ev sahibi ilə əvvəlcədən razılaşma olduğu halda, təzminatı şəxsən gedib ala bilər. Bizdə bu cür hallar mövcuddur”.

Qeyd edək ki, noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı ölüb.

Share

Tweet

Email

Share

Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Dekabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri