Icma.az
close
up
RU
Bu sammit bu sammit Azərbaycanın beynəlxalq diplomatiyada daha da güclənməsinə zəmin yaradacaq

Bu sammit bu sammit Azərbaycanın beynəlxalq diplomatiyada daha da güclənməsinə zəmin yaradacaq

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin 3-4 iyul tarixlərində Xankəndidə - İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin liderləri bir araya gələcək. Toplantıda bir çox məsələlərin müzakirəsi nəzərdə tutulb.İqtisadi Əməkdaşlıq Sammitindən gözləntilər nədir?

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu sammit Azərbaycanın beynəlxalq diplomatiyada güclənməsinə və regional əməkdaşlığın dərinləşməsi baxımından da əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilə bilər.

Azər Allahverənov

“Sırf diplomatik müstəvidə regional əməkdaşlığın inkişafı və Xankəndi şəhərinin ev sahibliyi etməsi Azərbaycanın inkişafına və regionda sülhün möhkəmlənməsinə töhfə verəcək. Bu, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasının simvolik bir göstəricisidir.

İqlim və dayanıqlı inkişaf məsələsinin önə çıxarılması bu da olduqca maraqlıdır. Çünki sammitin əsas mövzusu, məhz dayanıqlı inkişaf və iqlim dayanıqlı iqtisadi əməkdaşlıq kimi elementləri özündə birləşdirir. Bu da iştirakçı ölkələrin iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsinə səbəb olacaq. Burada gənclərin rolu ilə bağlı olan bəzi məsələlər var. Məsələn, Xankəndində keçirilən “COP29 simulyasiya konfransı” çərçivəsində Xankəndi Gənclər paktının imzalanması planlaşdırılır. Bu da gənclərin iqlim siyasətində fəal iştirakını təmin gələcək nəsillərin rolunu ön plana çıxaracaq bir hadisə hesab olunur. İnfrastruktur və enerji sahəsində inkişaf da göz qabağındadır. Çünki söhbət əgər Xankəndindən, işğaldan azad olunmuş ərazilərdə böyük bərpa quruculuq işlərindən gedirsə, bu sammitin keçirilməsi Xankəndidə enerji mərkəzinin yaradılması niyyətindən xəbər verir. Bu mərkəz regional enerji əməkdaşlığını gücləndirəcək və dayanıqlı enerji təchizatının təmin olunmasına xidmət edəcək. Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndirilməsinə və regionda sülh və təhlükəsizliyin, o cümlədən dayanıqlı inkişaf sahələrinin daha da qabarıq şəkildə inkişaf etdirilməsi üçün dəyərləndirə biləcək”-deyən Azər Allahverənov vurğulayıb ki, toplantı müxtəlif istiqamətlərdə ciddi nailiyyətlərin əldə olunması üçün çox yaxşı bir şərait yaratmış olacaq.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 May 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri