Icma.az
close
up
RU
Bu səfər əməkdaşlığın daha da inkişaf etdirilməsinə zəmin yaradacaq

Bu səfər əməkdaşlığın daha da inkişaf etdirilməsinə zəmin yaradacaq

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ilin sentyabr ayının 23-də qurulsa da, lakin Bakı ilə Hanoy arasında əlaqələrin kökü sovetlərin zamanına gedib çıxır. Bildiyimiz kimi hələ 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. 1983-cü ildə isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Ümummilli Lider Heydər Əliyev Vyetnama səfər edib. Yarım əsrlik tarixə malik Azərbaycan-Vyetnam əlaqələri günümüzdə də uğurla inkişaf edir. 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri baş tutub. Ondan bir il sonra, 2015-ci ilin may ayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycana rəsmi səfərə gəlib. Müxtəlif illərdə həyata keçirilmiş qarşılıqlı səfərlər Bakı ilə Hanoy arasında əlaqələrin inkişafına öz töhfəsini verib. Əminliklə demək olar ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın bu günlərdə reallaşdırdığı Azərbaycan səfəri də ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından son dərəcə əhəmiyyətli olacaq”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfərini şərh edərkən səsləndirib. Bakı ilə Hanoyun istər beynəlxalq təşkilatlar səviyyəsində, istərsə də ikitərəfli formatda, qarşılıqlı faydalılıq prinsipi ilə, yüksələn xətlə əməkdaşlıq etdiyini deyən İlham Məmmədov xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrə diqqət çəkib. Millət vəkili qeyd edib ki, istər adları qeyd edilən təşkilatlar, istərsə də digər formatlı beynəlxalq qurumlar çərçivəsində Bakı ilə Hanoy prinsipial məsələlərdə bir-birini dəstəkləyir, müdafiə edir:
“Vyetnamla Azərbaycan arasında sıx münasibətlərin qurulmasında Qoşulmama Hərəkatının da mühüm rolu oldu. Bu günlərdə Vyetnamın “Vietnam News Agency” agentliyinə müsahibəsi zamanı dövlət başçısı İlham Əliyev bu məsələyə diqqət çəkərək bildirdi ki, Azərbaycan və Vyetnam Qoşulmama Hərərkatı daxilində də çox uğurlu əməkdaşlıq edir. Bu uğurlu əməkdaşlığın göstəricisi idi ki, bir müddət əvvəl Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Vyetnama səfəri baş tutdu və orada müxtəlif səviyyəli görüşlər keçirldi”.
İlham Məmmədov deyib ki, Vyetnamla Azərbaycan arasında təkcə siyasi deyil, iqtisadi-ticari sahədə də əlaqələr uğurla inkişaf edir. Millət vəkili bildirib ki, iqtisadi sahədə əlaqələr istər neft, istərsə də qeyri-neft sektorunu əhatə edir və bu əlaqələri daha da inkişaf etdirmək mümkündür:
“Cənab İlham Əliyevin Vyetnamın xəbər agnetliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. Dövlət başçısı diqqətə çatdırıb ki, 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub. Qeyri-neft sektoruna gəlincə isə, iki ölkə arasında ticarət dövriyyəsi 2022-ci ildə 594 milyon dollar, 2023-cü ildə 347 milyon dollar düşüb, 2024-cü ildə isə 223 milyon dollar təşkil edib. Göründüyü kimi, rəqəmlər mövcud potensial və imkanlara adekvat deyil. Əksinə son illərdə bu sahədə geriləmə müşahidə edilib. Eləcə də idxal-ixrac əməliyyatlarını da artırmaq zəruridir. Belə ki, 2022-ci ildə Vyetnama 491 milyon dollarliq məhsul ixrac olunsa da, 2023-cü ildə bu rəqəm 244 milyon dollara düşüb. Düşünürəm ki, bu səfər qeyd edilən problemlərin aradan qaldırılmasına, əməkdaşlığın daha da inkişaf etdirilməsinə zəmin yaradacaq”.
İlham Məmmədov onu da xüsusi olaraq bildirib ki, iki ölkə arasında turizm sahəsini daha da inkişaf etdirməklə iqtisadi əməkdaşlığa mühüm töhfə vermək olar:
“Bildiyimiz kimi Vyetnam Sosialist Respublikası (VSR) Cənub-Şərqi Asiyanın şərq hissəsində yerləşən, 100 milyona yaxın əhalisi onu dünyanın ən sıx 5-ci ölkəsidir. Bu ölkə ilə turizm sahəsində əlaqələri inkişaf etdirmək, vyetnamlı turistləri ölkəmizə cəlb etmək həm iqtisadi əməkdaşlığı, həm də Azərbaycanın turizm sahəsinin inkişafına müsbət təsir göstərə bilər. Eyni zamanda mədəni, humanitar, sosial sahələrdə də əlaqələri inkişaf etdirmək mümkündür. Bunlar barədə Cənab Prezident istər verdiyi müsahibədə, istərsə də Bakıda keçirilən görüşlərdə xüsusi olaraq qeyd etdi. Dövlət başçısı bildirdi ki, vyetnamlı gənclər Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər. Bu, akademik mübadilə, elmi tədqiqatlar və Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər”.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 May 2025 07:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri