Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Azərbaycan diplomatiyasının qələbə yolu ŞƏRH

Azərbaycan diplomatiyasının qələbə yolu ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan diplomatiyası son onilliklərdə dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirməkdə, regional və qlobal siyasət səhnəsində öz sözünü deməkdə, xüsusilə isə 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar yaratmaqda misilsiz rol oynamışdır. Tarixi Zəfər hərbi meydanda əldə olunsa da, onun davamı diplomatik masada, siyasi iradə və strateji uzaqgörənliklə təmin edildi. Vaşinqtonda imzalanan sülh bəyannaməsi isə bu prosesin məntiqi yekunu, tarixi ədalətin diplomatik möhürü oldu.
44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, bölgədə yeni güc balansı yaratdı. Hərbi zəfərdən sonra diplomatiyamızın qarşısında duran əsas vəzifə bu qələbəni beynəlxalq hüquq müstəvisində təsdiqləmək, yeni reallıqları dünya ictimaiyyətinə qəbul etdirmək idi. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində bu mərhələdə Azərbaycanın mövqeyi dəqiq, ardıcıl və prinsipial şəkildə müdafiə olundu. Postmüharibə dövründə aparılan danışıqlar, beynəlxalq platformalarda səslənən çıxışlar, ikitərəfli və çoxtərəfli görüşlər nəticəsində Azərbaycanın səsi yalnız regionda deyil, qlobal arenada da daha gur eşidildi. Azərbaycan diplomatiyasının uğurunun təməlində üç mühüm sütun dayanır: siyasi iradə, siyasi güc və siyasi dil. Siyasi iradə – milli maraqlardan kənara çıxmadan, heç bir təzyiq qarşısında geri çəkilmədən, prinsipial mövqeyi qorumaqdır. Siyasi güc – iqtisadi potensial, hərbi imkanlar və beynəlxalq nüfuzun vəhdətindən doğur. Siyasi dil isə – haqlı mövqeyi həm dostlara, həm də tərəddüd edənlərə elə izah etməkdir ki, qarşı tərəf reallığı qəbul etməyə məcbur olsun. Cənab Prezident İlham Əliyev bu üç elementi ustalıqla birləşdirərək, Azərbaycanın diplomatik xəttini həm regionda, həm də beynəlxalq miqyasda qəbul etdirə bildi. Bu, hərbi qələbənin diplomatik qələbəyə çevrilməsinin əsas şərti idi. Vaşinqton Zirvəsi isə Diplomatik Qələbənin yekunu oldu. 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan birgə bəyannamə, 44 günlük müharibə ilə başlanan yeni mərhələnin möhkəm bünövrəsini qurdu. Bu sənəd Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından rəsmən imtina etməsi ilə nəticələndi və regionda uzunmüddətli sülhün əsasını qoydu. Vaşinqton görüşü, həm də ABŞ kimi böyük gücün Azərbaycanın yaratdığı reallığı qəbul etməsi demək idi. Bu, yalnız diplomatik sənəd deyil, eyni zamanda milli iradənin, qətiyyətin və haqlılığın siyasi təsdiqi idi. Azərbaycan diplomatiyası 44 günlük müharibədən sonra keçdiyi yol ilə bir daha sübut etdi ki, siyasi iradə və güc bir araya gəldikdə, hətta onilliklərdir davam edən münaqişələr belə ədalətli həllini tapa bilər. Vaşinqtonda qoyulan son nöqtə isə bu həqiqətin ən parlaq sübutudur. Bu, gələcək nəsillərə sülh, təhlükəsizlik və inkişaf dolu bir region miras qoymaq üçün atılmış tarixi addımdır. Şəhidlərimizin ruhu şaddır – çünki onların qanı ilə alınan zəfər, masada da təsdiqini tapdı.
Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri