Icma.az
close
up
RU
Bu səfər Azərbaycan Suriya münasibətlərində mühüm əhəmiyyət daşıyır

Bu səfər Azərbaycan Suriya münasibətlərində mühüm əhəmiyyət daşıyır

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şəaraanının 12 iyulda ölkəmizə işgüzar səfəri Azərbaycan-Suriya münasibətlərində yeni səhifənin açılması baxımından mühüm əhəmiyyət daşıyır.

News24.az xəbər verir ku səfər, iki dost ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi ilə yanaşı, enerji, iqtisadiyyat və infrastruktur sahələrində qarşılıqlı maraqlara əsaslanan praktiki əməkdaşlığın inkişafı üçün real imkanlar yaradır.

Xüsusilə neft və qaz sahəsində təcrübəsi ilə seçilən Azərbaycanın Suriyanın enerji sektorunun bərpasında rol alması, həm regional sabitliyə, həm də tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək mühüm addım kimi dəyərləndirilməlidir.

Azərbaycan neft və qaz sahəsində böyük təcrübəyə malik, regional və qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi tanınır. Əgər bu gün Suriyada neft və qaz ehtiyatlarının təhlükəsiz və effektiv şəkildə işlənilməsi məsələsi gündəmdədirsə, burada SOCAR-ın iştirakı məntiqli və etibarlı seçim kimi çıxış edir. Bu, təkcə iqtisadi əməkdaşlıq deyil, həm də post-münaqişə dövründə Suriyanın bərpasına töhfə verəcək sivil təşəbbüsdür. Azərbaycanın neytral və balanslı xarici siyasəti, xüsusilə Yaxın Şərqdəki mürəkkəb geosiyasi şərtlər fonunda, ölkəmizi sabitlik və əməkdaşlıq platforması kimi önə çıxarır.

Azərbaycanın Suriya ilə enerji əməkdaşlığı qurması, heç bir tərəfi narahat etmədən, regional sabitliyə və iqtisadi inkişafa xidmət edəcək səmərəli model ola bilər. Azərbaycan bu prosesdə tərəfsiz və qərəzsiz vasitəçi rolunda çıxış edir. Bu səfər həmçinin Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində yeni strateji tərəfdaşlıq modellərinin qurulması üçün zəmin yaradır. Əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır – tikinti, infrastruktur, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə də potensial genişdir. Azərbaycan bu istiqamətlərdə öz təcrübəsini bölüşməyə və tərəfdaş ölkələrə dəstək göstərməyə daim hazırdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz xarici siyasətində prinsipial mövqe nümayiş etdirərək, qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər qurur. Əhməd Əl-Şəaraanının Bakıya səfəri də bu siyasətin məntiqi nəticəsi olaraq qiymətləndirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 İyul 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri