Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Aslan Kərimov “Sabah”ın “Vikinq”lə oyununda əsas təhlükəni açıqladı

Aslan Kərimov “Sabah”ın “Vikinq”lə oyununda əsas təhlükəni açıqladı

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sabah”ı çətin Norveç səfəri gözləyir. Qarşılaşmanın çətinliyini artıran bir neçə amil var. İlk növbədə, Çempionlar Liqasında zəif rəqib yoxdur. Turnir cədvəlinin son pilləsində qərarlaşan komandalar belə yüksək səviyyəli futbol nümayiş etdirə bilirlər”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov “Sabah”ın Norveçdə “Vikinq”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının oyunu barədə danışarkən deyib.

Mütəxəssis qarşılaşmanın çətin keçməsinə təsir edə biləcək amillərdən birinin sıx oyun qrafiki olduğunu bildirib.

“Sabah” “Turan Tovuz”la görüşdən sonra lazımi qədər bərpa olunmadan Norveçə uçmaq məcburiyyətində qalıb. Bu da istər-istəməz futbolçuların fiziki vəziyyətinə və oyuna təsir göstərən amillərdəndir. Süni örtüklü meydançada oynamaq da futbolçular üçün əlavə çətinlik yaradacaq. Təbii və süni örtüklü meydançalarda oynamaq tamamilə fərqlidir. Süni meydançaya keçid futbolçulardan başqa cür adaptasiya tələb edir. Əzələlər fərqli işləyir və daha çox enerji sərf olunur. Köhnə zədələri olan oyunçular üçün bu, bir qədər də təhlükəli ola bilər”, - deyə Aslan Kərimov AZƏRTAC-a vurğulayıb.

Bununla belə, mütəxəssis “Sabah”ın hücum potensialını yüksək qiymətləndirib. O, komandanın Çempionlar Liqasındakı əvvəlki oyunlarda qol imkanları yaratmaq bacarığını nümayiş etdirdiyini söyləyib: “Komanda keçirdiyi hər üç oyunda – İngiltərənin “Mançester Yunayted”, Çexiyanın “Slaviya” və Almaniyanın “Borussiya Dortmund” komandaları ilə qarşılaşmalarda qol imkanları yaratmağı bacarıb. Xüsusilə Dortmund təmsilçisi ilə görüşdə 1:2 hesabı ilə məğlub olmağımıza baxmayaraq, demək olar ki, bərabər səviyyədə oyun keçirdik. Bəlkə də, rəqibdən daha çox qol imkanı əldə etdik. Düşünürəm ki, hücum potensialı baxımından “Sabah” kifayət qədər komplektləşmiş komandadır və yaxşı futbolçulara malikdir. Yəqin ki, taktiki baxımdan üzərində işlədikləri müəyyən oyun planı və özünəməxsus üslubları var. Məhz bu amillər onlara uğur qazanmağa imkan verir”.

A.Kərimov “Vikinq”in də kifayət qədər təhlükəli rəqib olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Norveç təmsilçisinin Almaniya klubu “Bavariya” ilə 3:3 hesablı heç-heçə etməsi komandanın potensialını göstərir: “Cəmi bir xal toplamalarına baxmayaraq, “Bavariya” ilə oyunda 2:0 hesabı ilə öndə idilər. Bu, onların nə qədər təhlükəli komanda olduğunu göstərir. “Vikinq”in daxili çempionatda da standart vəziyyətlərdən çoxlu qol vurması diqqət çəkir. Buna görə “Sabah” rəqibin standart vəziyyətlərinə xüsusi diqqət yetirməlidir. “Sabah”ın topa nəzarət etdiyi epizodlarda diqqətli olması vacibdir. Oyunun müəyyən hissələrində topa sahib olacağımızı və rəqib meydançasında qol axtaracağımızı düşünürəm. Bunun üçün səbirli şəkildə topu sağdan-sola, soldan-sağa hərəkət etdirməliyik. Lakin top itkisi zamanı diqqətli olmalıyıq. Çünki “Vikinq” əks-hücumlarda da təhlükəlidir. “Bavariya” ilə görüşdə vurduqları ikinci qol da əks-hücum nəticəsində qeydə alınıb”.

A.Kərimov “Sabah”ın hücumlarının təşkilində mühüm rol oynayan serbiyalı yarımmüdafiəçi Velko Simiçin mümkün yoxluğunun da komandaya təsir edə biləcəyini qeyd edib: “O, komandanın əsas aparıcı futbolçularından biridir və hücumların təşkilində böyük rol oynayır. Meydançanın müxtəlif zonalarında topa yaxın olmağa çalışır, bir növ pleymeyker funksiyasını uğurla yerinə yetirir. Onun yoxluğu da oyuna təsir edə bilər”.

Şöbə müdiri “Sabah”ın cinah müdafiəçilərinin hücumlara qoşulmasının komanda üçün üstünlük yarada biləcəyini də vurğulayıb. Mütəxəssis Zedatka və Puhaçın bu baxımdan fəallığını xüsusi qeyd edib.

A.Kərimov qarşılaşmada hər iki komandanın şanslarını bərabər qiymətləndirib.

“Bu oyunun nəticəsinin necə olacağını demək çətindir. Rəqibin standart vəziyyətləri və əks-hücumları bizim üçün ciddi problem yarada bilər. Düşünürəm ki, hansı komanda daha yaxşı konsentrasiya olacaq və rəqibini səhvə məcbur edəcəksə, onun qalib gəlmək ehtimalı daha yüksəkdir. Komandaların şanslarını bərabər qiymətləndirirəm. Bu qarşılaşmanı “Slaviya” ilə oyunumuza bənzədirəm. Həmin görüşdə rəqibi səhvə məcbur etdik, çoxlu qol imkanları yaratdıq və qapımızı toxunulmaz saxladıq. Eyni oyunu Norveçdə də davam etdirmək lazımdır. Ancaq bunu rəqib meydançasında, azarkeşləri önündə və süni örtüklü meydançada bacarmaq asan olmayacaq. Qol imkanlarımızın olacağına yüz faiz əminəm. Ancaq onları reallaşdıra biləcəyikmi, bunu demək çətindir. Eyni zamanda, top itkisi zamanı rəqibin əks-hücumlarının qarşısını ala biləcəyikmi və fərdi səhvlərə yol verəcəyikmi, bunu yalnız oyunda görəcəyik. Qarşılaşmanı səbirsizliklə gözləyirik”, - deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması noyabrın 4-də Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşan təmsilçimiz indiyədək üç oyun keçirib, bir qələbə qazanıb və iki dəfə məğlub olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Noyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri