Icma.az
close
up
RU
Bu səfər gələcək inkişaf üçün böyük perspektivlər açacaq Deputat

Bu səfər gələcək inkişaf üçün böyük perspektivlər açacaq Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan və Almaniya arasında sürətlə inkişaf edən ikitərəfli əlaqələr diplomatik, iqtisadi və humanitar sahələrdə mühüm önəm kəsb edir. Hər iki ölkə arasında əldə edilən mühüm strateji razılaşmalar çərçivəsində əməkdaşlığın genişləndirilməsi bu dost dövlətlərin müxtəlif məsələlərdə bir-birinə əhəmiyyətli dəstəyini təmin edir.

Bunu "Unikal"a açıqlamasında ​Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Deputat bildirib ki, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri çərçivəsində iki ölkənin dövlət başçıları aprelin 2-də mətbuata bəyanatlarla çıxış ediblər.

"Dövlətimizin başçısı bəyanatında bu səfərin ikitərəfli əlaqələrə yeni müsbət təkan verəcəyini, iqtisadi sahədə əldə edilmiş nəticələrin bizi təbii olaraq ruhlandırdığını bildirib. İqtisadi sahədə Azərbaycan-Almaniya əməkdaşlığı xüsusilə son illərdə sürətlə inkişaf etmişdir. Cari ilin ilk iki ayında iki ölkə arasında ticarət dövriyyəsi təxminən üç dəfə artmışdır. Bunun səbəbi əsasən xam neftin Almaniyaya ixracının artması ilə əlaqədardır. 

Azərbaycan ötən ilin noyabr ayında COP29 tədbirinə uğurla ev sahibliyi edərək qlobal iqlim siyasətinə ciddi töhfələr vermişdir. Almaniya ilə olan sıx əməkdaşlıq ekoloji məsələlərə daha çox diqqət yetirilməsini təmin edir. 

Azərbaycan ilə Almaniya arasında siyasi dialoq həm də regional təhlükəsizlik və beynəlxalq münasibətlərə də təsir edir. Ermənistanla Azərbaycan arasında normallaşma prosesi, xüsusilə münaqişənin başa çatmasından sonra regional sülh və sabitlik üçün böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı, həmçinin qeyd etmişdir ki, Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir: “Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır...”. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə ilk rəsmi səfəri dövlətlər arasında tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq".  


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Aprel 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri