Icma.az
close
up
RU
Gələcək üçün geniş perspektivlər ŞƏRH

Gələcək üçün geniş perspektivlər ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyan mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar göstərdi ki, Azərbaycan–Gürcüstan əlaqələri artıq sadəcə qonşuluq münasibətləri deyil, dərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və yeni mərhələyə qədəm qoyur.

Azərbaycan ilə Gürcüstan arasında münasibətlər əsrlərə söykənən dostluq və qardaşlıq ənənələri üzərində qurulub. Tarix boyu eyni coğrafiyada yaşayan xalqlar arasında formalaşmış qarşılıqlı hörmət və etimad bu gün dövlətlərarası münasibətlərin əsasını təşkil edir. Bu möhkəm təməl üzərində qurulan əlaqələr hazırda regionun ən sabit və etibarlı əməkdaşlıq modellərindən biri kimi çıxış edir. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyev ilə Eduard Şevardnadze arasında formalaşmış səmimi münasibətlər də bu tərəfdaşlığın inkişafında mühüm rol oynayıb. Bu gün iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir. Prezident İlham Əliyevin Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə keçirdiyi görüşlərdə münasibətlərin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulandı. Siyasi, iqtisadi, enerji, nəqliyyat, investisiya və humanitar sahələrdə əməkdaşlıq genişlənərək davam edir. Qarşılıqlı səfərlərin intensivliyi və yüksək səviyyəli təmaslar bu əlaqələrin davamlı inkişafının əsas göstəricilərindəndir. İqtisadi əməkdaşlıq Azərbaycan–Gürcüstan münasibətlərinin əsas sütunlarından biridir. Azərbaycan investorlarının Gürcüstan iqtisadiyyatına qoyduğu milyardlarla dollarlıq sərmayə bu əlaqələrin real nəticəsidir. Ticarət dövriyyəsinin davamlı artımı, yeni investisiya layihələrinin müzakirəsi və hətta üçüncü ölkələrdə birgə fəaliyyət perspektivləri iqtisadi tərəfdaşlığın daha da genişlənəcəyindən xəbər verir. Bu əməkdaşlıq yalnız iqtisadi maraqlarla məhdudlaşmır, həm də uzunmüddətli strateji yanaşmanı əks etdirir.

Enerji sahəsində əməkdaşlıq isə xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstan əsas tranzit ölkə kimi çıxış edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər layihələr regionun enerji xəritəsini dəyişdirərək qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu layihələr eyni zamanda ölkələr arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir və strateji bağlılığı gücləndirir. Nəqliyyat-logistika sahəsində əməkdaşlıq da sürətlə inkişaf edir. Orta Dəhliz vasitəsilə Azərbaycan və Gürcüstan Şərqlə Qərb arasında əsas tranzit mərkəzlərdən birinə çevrilir. Bu dəhliz yükdaşımaların həcmini artırmaqla yanaşı, region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirir və yeni imkanlar yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr də bu əməkdaşlığın mühüm tərkib hissəsidir.

Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycan–Gürcüstan tərəfdaşlığı daha da aktuallaşır. Bir zamanlar münaqişələrlə yadda qalan region bu gün sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməkdədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, iqtisadi əməkdaşlıq və qarşılıqlı faydalı layihələrlə möhkəmlənə bilər. Bu baxımdan Gürcüstanın körpü və vasitəçi rolu xüsusi əhəmiyyət kəsb edir. İki ölkə beynəlxalq müstəvidə də bir-birinə dəstək göstərir. Suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri hər iki dövlət üçün dəyişməzdir. Bu mövqe regionda sabitliyin qorunmasına və beynəlxalq hüququn əsas prinsiplərinin müdafiəsinə xidmət edir. Humanitar sahədə əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindəndir. Mədəniyyət, təhsil və xalqlar arasında əlaqələrin inkişafı iki ölkə arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. Bu sahədə həyata keçirilən layihələr, o cümlədən mədəniyyət ocaqlarının bərpası və inkişafı, ortaq dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Nəticə etibarilə, İlham Əliyevin Gürcüstana səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan–Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir və gələcək üçün geniş perspektivlərə malikdir. Qarşılıqlı etimada, ortaq maraqlara və strateji baxışa əsaslanan bu tərəfdaşlıq təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün sabitlik, təhlükəsizlik və inkişafın əsas təminatçılarından biri kimi çıxış edir.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Aprel 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see784

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see702

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see257

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see246

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see243

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see233

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see231

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see220

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see213

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see194

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see188

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see187

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see186

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see183

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see181

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see180

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see172

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see172

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see165

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri