Icma.az
close
up
RU
Bu səfər onların Azərbaycan reallıqlarına daha yaxından bələd olmasına şərait yaratdı Spiker

Bu səfər onların Azərbaycan reallıqlarına daha yaxından bələd olmasına şərait yaratdı Spiker

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Bildiyiniz kimi, dekabrın 7-də Milli Məclisdə Azərbaycan parlamentinin 106-cı ildönümünə həsr edilən Beynəlxalq parlament konfransı keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Türkiyə, Rusiya, Pakistan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Belarus, İraq, Efiopiya, İndoneziya, Malayziya parlamentlərinin və TürkPA, MDB-nin Parlamentlərarası Assambleyası kimi beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsi iştirak edirdi. Konfransda “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusu ətrafında müzakirələr aparıldı, 27 nəfər çıxış etdi".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

"Milli Məclis sədrinin və üzvlərinin çıxışlarında müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin irsinin müasir dövrün çağırışları şəraitində əhəmiyyəti vurğulandı. Azərbaycanın hələ əsrin əvvəllərində demokratik prinsiplərə və mütərəqqi dövlət quruculuğuna sadiq olduğu, xalqımızın zəngin parlamentarizm ənənələrinin son 30 ildən artıq dövrdə daha da inkişaf etdirildiyi bildirildi.

Xüsusən Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda ali hakimiyyətə qayıdışının ölkəmizdə sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi, eyni zamanda, yeni parlament institutunun formalaşdırılması baxımından həyati əhəmiyyət daşıdığı nəzərə çatdırıldı. Qeyd olundu ki, bu gün Milli Məclis möhtərəm cənab Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.

Eyni zamanda, hörmətli həmkarlar, ölkəmizə qarşı böhtan və dezinformasiya kampaniyaları aparıldığı, təxribatlar törədildiyi, lakin onların nəticəsiz qaldığı da vurğulandı.

Bundan əlavə, tədbir çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda Beynəlxalq dəyirmi masa keçirildi. “Parlamentlərin ictimai diplomatiyada rolu” və “Parlamentlərin fəaliyyətində rəqəmsal texnologiyalar və kütləvi informasiya vasitələrinin rolu” mövzuları ətrafında fikir mübadiləsi də aparıldı", - deyə spiker bildirib.

S.Qafarova qeyd edib ki, konfrans çərçivəsində Türkiyə, Pakistan, Qazaxıstan, Tacikistan parlamentlərinin təmsilçiləri ilə ikitərəfli görüşlər də keçirildi:

"Hesab edirəm ki, konfrans parlamentlərarası dialoqun və qarşılıqlı əlaqənin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Konfrans iştirakçılarının Zəfər parkına getməsi, Heydər Əliyev Mərkəzi ilə tanış olması, işğaldan azad edilmiş əraziləri – Füzuli, Şuşa, Xankəndi və Xocalını ziyarət etməsi onların Azərbaycan reallıqlarına daha yaxından bələd olmasına şərait yaratdı".

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Dekabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri