Icma.az
close
up
RU
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır Sərnişinlərə ÇAĞIRIŞ

Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır Sərnişinlərə ÇAĞIRIŞ

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı şəhərində son zamanlar taksi sürücüləri ilə sərnişinlər arasında yaşanan narazılıqlar sosial şəbəkələrdə də tez-tez gündəmə gəlir.

Bəs belə hallarda vətəndaş hara müraciət etməlidir? Aidiyyəti qurumlar bu məsələlərə necə reaksiya verir? 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, hər hansı bir xidmətdə problem yaşanarsa, vətəndaşlar bu barədə dövlət orqanlarına, xüsusən də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verməlidir. Əgər fakt təsdiqini tapırsa, sürücü dərhal xətdən uzaqlaşdırılır:

“Bu, qeyri-şərtsiz icra olunan bir prosesdir. Ona görə də vətəndaşlar özləri də aktiv olmalıdır. Beləliklə, yekun keyfiyyətin artırılmasına nail ola bilərik. Əgər bir neçə hal sosial şəbəkədə müzakirəyə çıxıbsa, bu, hələ kütləvi artım demək deyil. Rəsmi statistika ilə yanaşmaq lazımdır. Belə hallarda dövlətin aidiyyəti strukturları lazımi tədbirləri görür”.

Ekspert qeyd edib ki, xidmət keyfiyyətinin artırılmasına nail olmaq üçün taksi şirkətlərinə müəyyən tələblər qoyulub. Onlardan biri də sürücülərin müştərilərlə necə davranmalı olduqları ilə bağlıdır:

“İslahatlardan əvvəl sərnişinlərin əsas şikayəti sürücülərin siqaret çəkməsi, avtomobili düzgün idarə etməməsi idi. Hazırda da bu cür hallar varsa, AYNA-nın 141 qaynar xəttinə, WhatsApp nömrəsinə və ya sosial media hesablarına faktlarla məlumat vermək lazımdır. Fakt təqdim olunarsa, dövlət mütləq tədbir görür. Əgər yeni maşınlarda da belə hallar yaşanırsa, bu barədə məlumat ötürülməlidir. Xidmətdə hər hansı nöqsan görürsünüzsə, dərhal müraciət etməlisiniz. Kobud davranış, siqaret çəkmək, maşının vaxtında gəlməməsi – bütün bunları konkret səbəblə bildirməlisiniz.

Son dövrlər sifariş olunan nəqliyyat vasitələri ilə faktiki gələn nəqliyyat vasitələri arasında uyğunsuzluqlar müşahidə olunur. Xüsusilə, mobil tətbiqdə göstərilən avtomobil nömrəsi ilə faktiki gələn avtomobilin nömrəsi fərqli olduğu təqdirdə, bu hal sistem tərəfindən avtomatik qeydə alınmalı və aidiyyəti qurumlara ötürülməlidir”.

Rəvan Rzazadə 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyun 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see591

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see384

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see333

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see276

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see275

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see260

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see257

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see232

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see228

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see225

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see223

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see219

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see217

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see211

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see202

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see201

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see197

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see191

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see186

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri