“Çelsi” Estevaonun PSJ yə keçidi üçün üç şərt irəli sürüb
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İngiltərənin “Çelsi” futbol klubu braziliyalı cinah hücumçusu Estevao Villianın PSJ-yə mümkün icarəsi üçün üç əsas şərt müəyyənləşdirib.
İdman.Biz TEAMtalk nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 19 yaşlı futbolçunu qış transfer pəncərəsində Paris klubuna göndərmək ehtimalını nəzərdən keçirir.
“Çelsi”nin ilk tələbi müqavilədə futbolçunun satınalma hüququnun nəzərdə tutulmamasıdır. İngiltərə klubu Estevaonun gələcəyini hələ də öz heyətində görür və onun birdəfəlik transferində maraqlı deyil.
İkinci şərtə əsasən, PSJ icarə müddətində braziliyalı hücumçunun əməkhaqqını tam ödəməlidir.
Üçüncü tələb isə futbolçunun oyun praktikası ilə bağlıdır. “Çelsi” Estevaonun Parisdə müntəzəm meydana çıxacağına dair təminat almaq istəyir.
Lakin PSJ-nin baş məşqçisi Luis Enrike futbolçulara əsas heyətdə yer zəmanəti vermir. Bu amil mümkün razılaşmanı çətinləşdirə bilər.
Qeyd edək ki, PSJ Xviça Kvaratsxeliyanın ağır zədəsindən sonra hücum xəttini gücləndirmək niyyətindədir. “Çelsi”də isə Estevao cari mövsümdə kifayət qədər oyun praktikası qazana bilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 29 Oktyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















