Icma.az
close
up
RU
Bu, sevgi deyil, nadanlıq və harınlıqdır SOSİOLOQ

Bu, sevgi deyil, nadanlıq və harınlıqdır SOSİOLOQ

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

50 yaşlı kişinin 17 yaşlı qızı qaçırması cəmiyyətə meydan oxumaqdır


 “Savadsızlıq və dar dünyagörüş insanı alçaq əməllərə sürükləyir” 

“Savadsızlıq böyük bəladır. İnsanı ən müxtəlif əyri yollara çəkə, alçaq əməllərə sövq edə blər. İnsanın dünyagörüşü dardırsa, onun atdığı addımlar da buna uyğun olacaq”. 

Bu sözləri Sherg.az-a açıqlamasında sosioloq Mail Yaqub Balakəndə 50 yaşlı kişinin 17 yaşlı qızı qaçırmasının mümkün səbəbləri barədə danışarkən  söyləyib. Xatıraldaq ki, Balakən rayonunda 17 yaşlı qızın naməlum şəxslər tərəfindən oğurlanması barədə polisə məlumat daxil olduqdan sonra Balakən Rayon Polis Şöbəsinin əməkdaşları təxirəsalınmaz əməliyyat həyata keçirib. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar. Zərərçəkmiş yeniyetmə isə polis əməkdaşları tərəfindən gizlədildiyi ünvandan aşkar olunaraq ailə üzvlərinə təhvil verilib. Araşdırmalarla Samir Rəhimovun bir neçə gün əvvəl xarici ölkədən gələrək digər saxlanılanlarla birlikdə xanımı izlədiyi və evlənmək məqsədilə onu oğurladığı müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatında qeyd olunur. 


50 yaşlı kişinin 17 yaşlı qızı qaçırması və onunla evlənmək istəyi necə bir psixoloji-sosioloji vəziyyətdə yarana bilər? Sosioloq Mail Yaqubla bu mövzunu çözməyə çalışdıq. Mail Yaqub qeyd etdi ki, Azərbaycan qanunvericiliyinə görə nikaha daxil olma yaşı 18 müəyyənləşib və 18 yaşdan kiçik şəxsin və ya həmin şəxslə nikaha daxil olmaq qanuna ziddir: 

- Bu, məsələnin hüquqi tərəfidir. Gələk milli dəyərlər tərəfinə. 50 yaşlı bir kişinin övladı, qızı yaşında olan yeniyetməni qaçırması, onunla evlənmək istəməsi milli dəyərlərimizə, adət-ənənəmizə ziddir. Bunu hamı təsdiqləyər. Hansı psixoloji səbəblər ortada olur ki 50 yaşlı kişi qızı yaşında olan yeniyetməni qaçırıb onunla nikah bağlamaq istəyir? Burda bir neçə səbəb ola bilər. Birincisi, insanın savadsız, intrellektsiz olmasıdır. Savadsızlıq böyük bəladır. İnsanı ən müxtəlif əyri yollara çəkə bilər, alçaq əməllərə sövq edə blər. İnsanın dünyagörüşü dardırsa, onun atdığı addımlar da buna uyğun olacaq.  İnsan adət-ənənədən, milli mentalitetdən nəsibini almayıbsa, mədəni insan deyilsə, ondan hər cür nalayiq hərəkət gözləmək olar. Belə insanlar cəmiyyətə, insani dəyərlərə həqarət edənlərdir. Bu, cəmiyyətə meydan oxumaqdır. Belələri harın insanlardır. Bilirlər ki qanuna zidd hərəkətdir, amma o qədər harınlayıb ki lovğalıq edir, sübut etmək istəyir ki “belə kişiyəm”. Ola bilsin pulu çoxdur, maddi imkanı genişdir. Bunları nəzəri baxımdan deyirəm, çünki həmin adamı şəxsən tanımırıq, törətdiyi əmələ görə təhlil aparırıq. Törətfdiyi əməl isə məhz qanuna və milli dəyərlərə də zidd olduğu üçün bu insanın intellektsiz, dar dünyagörüşlü, lovğa, özündən razı, müştəbeh, ictimai qaydalara etinasız qalan, nadan birisi olduğunu zənn etməyə əsas verir. Bu şəxs maddi imkanından istifadə edib bu addımı atır, bir neçə nəfəri də özünə “köməkçi” təyin edir.  


M.Yaqub qeyd etdi ki, qanunazidd əməllərə qarşı hüquq mexanizmi ciddi olmalı,  cəza daağır olmalıdır: 

- Qanunu pozanlar zənn etməməlidir ki, cərimə ödəyəcək, bununla da iş bağlanacaq, məsələ bitəcək və o, azad olacaq. Ağır cəzalar bir çox hallarda  cinayətlərin qarşısını alır. İnsanlar ağır cəza alacaqlarına əmin olduqda qanunu pozmaqdan çəkinirlər. İctimai qınaq da artmalıdır. Bizdə ictimai qınaq çox zəifdir. Sosal şəbəkələrə baxın, ciddi psxiloji-mənəvi söhbətlər az aparılır. Olanlar da nağıldır, elmi əsaslara söykənmir. Ciddi addımlar atılsa bu kimi cinayətlərn qarşısı alınar. Erkən nikahların artmasında 2 ciddi amil təsir edir: biri savadsızlıq, digəri isə maddi sıxıntı. Valideynlər bəzən övladlarını imkansızlıqdan erkən yaşda evləndirmək istəyirlər. Ailə qızını inkanlı bir ailəyə ərə verməyə razılaşır. Burada da ailənin, valideynlərin  savadsızlığı, dar dünyagörüşlü olmaları rol oynayır. İnsanların savadı artırılmalı, cəmiyyətimiz kitaba yönəldilməlidir. İqtisadi vəziyyət də düzəlməlidir ki, ailələr övladlarını erkən yaşda evləndirməyə cəhd etməsinlər. Bu iki məsələdə irəliləyiş əldə etsək, bir çox cinayətlərin, eləcə də erkən nikahların  qarşısı alınacaq. 


Məlahət Rzayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Noyabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri