Icma.az
close
up
RU
Bu gedişlə işçi qüvvəsi tapılmayacaq Sosioloq

Bu gedişlə işçi qüvvəsi tapılmayacaq Sosioloq

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2026-cı ilin yanvar-may ayları ərzində 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib. B u barədə DSMF-dən bildirilib. Müavinət ödənişləri 16 044 nəfər qız, 18 426 nəfər oğlan uşağına görə aparılıb. Sosioloqların təhlilinə görə, Azərbaycanda doğum faizi aşağı düşüb. Rəsmi statistik rəqəmlər kəskin azalmanı təsdiqləyir. Dövlət Statistika Komitəsinin və Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin son məlumatları ölkədə doğum sayının tarixi minimuma endiyini göstərir.  Son illərin dinamikası doğum sayının ardıcıl olaraq kəskin azaldığını ortaya qoyur. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə ölkədə 170 503 uşaq doğulmuşdu. Bu isə son 10 ildə doğumun kəskin şəkildə azaldığını göstərir. Mütəxəssislər doğumun azalmasını gənclərin gec evlənməsi, boşanma sayının artması, karyera hədəfləri və sosial-iqtisadi amillərlə əlaqələndirirlər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, doğum faizinin getdikcə aşağı düşməsi sosial və demoqrafik baxımdan ciddi disbalans yaradır:
“Son illərdə bu tendensiya daha da sürətlənib və doğum sayında kəskin azalma müşahidə olunur. Bu isə əhalinin qocalmasına səbəb olur. Əhalinin strukturunda uşaqların və gənclərin payı azalır. Nəticədə həm ümumi əhali artımı zəifləyir, həm də gələcəkdə işçi qüvvəsinin azalması riski yaranır. Bu isə əmək bazarında ciddi çatışmazlıqlara gətirib çıxara bilər. Məhz buna görə dünyanın bir çox ölkəsi əhalinin yenilənməsi məsələsinə xüsusi diqqət ayırır. Məqsəd uşaqların və gənclərin sayını artırmaq, onların əhali strukturundakı payını gücləndirmək və məhsuldar əmək qüvvəsini qorumaqdır. Bir sıra ölkələr artıq aşağı doğum səviyyəsinin mənfi nəticələri ilə üzləşiblər. Məsələn, Yaponiyada əhalinin sürətlə yaşlanması prosesi gedir. Gənclərin sayı azalır, yaşlı insanların sayı isə artır. Bu da dövlətin maliyyə yükünü ağırlaşdırır. Sosial yardımların, pensiya ödənişlərinin və digər sosial təminat xərclərinin artması iqtisadiyyata əlavə təzyiq yaradır”.
O deyib ki, əvvəllər hər 10 nəfərdən 7-si işləyir, 3 nəfər isə pensiya və sosial təminat alırdısa, indi bu balans dəyişir:
“İşləyənlərin sayı azalır, sosial təminata ehtiyacı olanların sayı isə artır. Belə vəziyyətdə az sayda çalışan insan daha çox insanın sosial yükünü daşımalı olur. Bu isə həm işçi qüvvəsinə, həm də dövlət büdcəsinə ciddi təzyiq yaradır. Doğum səviyyəsinin aşağı düşməsi milli inkişafı da zəiflədir. Bu məsələ artıq strateji təhlükəsizlik məsələsi hesab olunur. Əhalinin azalması uzunmüddətli perspektivdə millətin zəifləməsinə, hətta müəyyən xalqların sayının kəskin şəkildə azalmasına səbəb ola bilər. Buna görə də bu istiqamətdə kompleks tədbirlərin görülməsi vacibdir. Dövlət tərəfindən həm sosial dəstək proqramları, həm də ailələri stimullaşdıran layihələr həyata keçirilməlidir. Eyni zamanda mənəvi və psixoloji təbliğata da diqqət ayrılmalıdır.
Son dövrlərdə bəzi platformalarda evlənməmək, uşaq sahibi olmamaq və boşanmaların normallaşdırılması halları müşahidə olunur. Bu isə ailə institutunun zəifləməsinə və doğum səviyyəsinin azalmasına təsir göstərir. Bu səbəbdən həm sosial, həm də ideoloji istiqamətdə ciddi iş aparılmalıdır ki, gələcəkdə daha ağır problemlərlə qarşılaşmayaq. Dünya təcrübəsi göstərir ki, bir çox ölkələr bu problemi miqrant axını hesabına həll etməyə çalışırlar. Xüsusilə Avropa ölkələrində belə tendensiyalar müşahidə olunur. Lakin bu da öz növbəsində yeni sosial və mədəni problemlər yaradır. Ən sağlam yol hər bir ölkənin öz əhalisinin təbii artımını təmin etməsidir. Əhalinin davamlı şəkildə yenilənməsi əmək bazarında balansın qorunmasına, iqtisadi sabitliyə və sosial tarazlığın saxlanmasına kömək edir. Son dövrlərdə bu məsələ daha da aktuallaşıb və geniş müzakirə olunur.
Ümid edirəm ki, yaxın zamanda bununla bağlı xüsusi dövlət proqramları, qanunvericilik təşəbbüsləri və sosial layihələr həyata keçiriləcək və problemin qarşısını almaq mümkün olacaq”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 İyun 2026 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri