Icma.az
close
up
RU
Bu istiqamətdə dərhal və ciddi tədbirlər görülməlidir Sosioloq

Bu istiqamətdə dərhal və ciddi tədbirlər görülməlidir Sosioloq

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülərək tərk edilib və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.
Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib ki, son dövrlərdə cəmiyyətdə baş verən bəzi hadisələr, vəhşiliklər və qeyri-insani davranışlar, bir çox insanda təəccüb və dəhşət doğurur:
“Belə mənzərələr bir vaxtlar yalnız filmlərdə – xüsusən də son illərdə çəkilmiş Amerika zombi filmlərində görünürdü. Bu, həmin filmlərin psixoloji təsirlərindən biridir. Burada çoxsaylı səbəblər var. Əhalinin böyük hissəsi daimi stress və psixoloji gərginlik altında yaşayır. Ağır həyat şərtləri, sosial-iqtisadi problemlər və gələcək ümidlərinin azlığı insanları psixoloji sarsıntıya məruz qoyur. Ölkədə cinayətə meyillilik artıb. Kriminal vəziyyətə nəzarət zəifdir. Narkomaniyanın və psixotrop maddələr geniş yayılır. Kimyəvi tərkibli qidalar insan psixikasına təsir göstərir. Psixotron təbliğat, internet və filmlər vasitəsilə şüuraltı pozulur. Araşdırmalar göstərir ki, serial qatil və seksual manyakların bir çoxu uşaq yaşlarında travmalar keçirmiş, psixotron təsirlərə məruz qalmış, - cəmiyyət tərəfindən təcrid olunmuş şəxslərdir. Bunun da acısını kimdənsə çıxırlar.  Uşaqların və yeniyetmələrin oynadığı oyunların əksəriyyəti şiddət üzərində qurulub. Bu oyunlar və filmlər onların şüuraltına yeridilir və normal davranış kimi qəbul olunur”.
Sosioloq əlavə edib ki, bütün əhali məcburi şəkildə psixoloji və psixiatrik müayinədən keçirilməlidir:
“Ağır hallı psixoloji xəstələr xüsusi dispanserlərdə müalicə olunmalıdır. Narkotiklərə, kimyəvi psixotrop dərmanlara qarşı sərt mübarizə aparılmalıdır. Qidaların tərkibi ciddi laboratoriyalarda yoxlanmalıdır. İnsan psixikasına zərərli maddələrə nəzarət gücləndirilməlidir. Zərərli filmlər, kompüter oyunları və şiddət məzmunlu internet materialları qadağan edilməli və nəzarət altına alınmalıdır. 16 yaşına qədər uşaqlara smartfon və internet istifadəsi qadağan olunmalıdır. Onlar yalnız valideyn nəzarətində faydalı məlumatlarla məşğul olmalıdırlar. İşsizlik, yoxsulluq və ümidsizlik aradan qaldırılmalıdır. Gənclər idman, yaradıcılıq və digər faydalı fəaliyyətlərə yönləndirilməlidir. Əgər bu məsələlərə indi ciddi şəkildə yanaşılmasa, gələcəkdə daha dəhşətli hadisələr adiləşəcək və norma çevriləcək. Cəmiyyət sağlam gələcək üçün həm dövlətin, həm də valideynlərin birgə məsuliyyət daşıdığı ciddi tədbirləri dərhal görməlidir. Bu istiqamətdə dərhal və ciddi tədbirlər görülməsə, vəhşilik və qeyri-insani davranışların artması labüddür”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 May 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri