Icma.az
close
up
RU
Bu şəxslər 1500 2000 manat CƏRİMƏLƏNƏCƏKLƏR

Bu şəxslər 1500 2000 manat CƏRİMƏLƏNƏCƏKLƏR

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Mağazalarda rast gəlinən hallardan biri də məhsulun vitrindəki qiyməti ilə kaasadakı qiymətinin fərqli olmasıdır. Bəzi hallarda vitrində ucuz qiymətə təklif olunan məhsulun qiyməti kassada nisbətən baha göstərilir. 

Bəs mağazalarda müşahidə olunan bu hal istehlakçının hüquqlarının pozulması sayılırmı? İstehlakçı hüququ pozulan müştəri nə etməlidir?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a danışarkən bildirib ki, rəflərdə malların qiymətinin adəti üzrə aşağı olması, kassada isə yuxarı göstərilməsi ən çox geniş yayılmış istehlakçı hüququnun pozulması halıdır:

"Mağazalar bu fərqi adətən "qiymətlərin sistemdə yenilənməməsi", "kampaniyanın bitməsi" və ya "işçilərin çatışmaması və çatdıra bilməməsi" ilə əsaslandırırlar. Lakin bu, birbaşa olaraq istehlakçını aldatmaqdır. Kassada daha baha qiymət çıxdıqda, alıcı rəfdəki qiyməti əsas gətirərək malı həmin ucuz qiymətə tələb etməlidir. Qanunvericiliyə görə, alıcı məhsulu rəfdə (vitrində) hansı qiymətə görübsə, kassada da məhz həmin qiymətə ödəməlidir. Mağaza bundan imtina edərsə, rəfdəki qiymətin fotosunu çəkmək və adiyyatı dövlət qurumlarına (məsələn, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə) şikayət etmək lazımdır".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

E. Hüseynov istehlakçı hüququ pozulan vətəndaşlara müraciət edərək bildirib ki, mütləq şəkildə vitrindəki qiymətin və kassa çekinin fotosunu çəksinlər:

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, satıcı alıcını maraqlandıran malın (işin, xidmətin) qiyməti barədə ona düzgün məlumat verməlidir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın tələblərinə əsasən satışda olan malın üzərində onun adı, növü və qiyməti göstərilməli, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində (İXM) inzibati məsuliyyət tədbiri nəzərdə tutulub. 

Belə ki, Məcəllənin 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslərin malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını az miqdarda aldatmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4000-6000 manat inzibati qaydada cərimə edilir. Az miqdarda aldadılma dedikdə 300 manatdan yuxarı olmayan məbləğ başa düşülür. Aldadılma məbləği 300 manatdan çox olarsa, cinayət məsuliyyəti yaranır", - deyə müsahibimiz vurğulayıb.

AİB sədri son olaraq xatırladıb ki, istehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda, bu halı təsdiq edən faktlar və pozuntuya yol vermiş ticarət obyekti barədə dəqiq məlumatları təqdim etməklə Dövlət Xidmətinin rəsmi internet səhifəsinə, elektron poçt - [email protected] və “195-1” Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Gülşən Şərif
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Oktyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri