Bu şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəməyəcək
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əlilliyi olan şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəməyəcək.
"Unikal" xbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Belə ki, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulacaq.
Həmçinin onların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.
Əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Bununla bərabər, portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.
Layihəyə əsasən, əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 14 Aprel 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















