Icma.az
close
up
RU
Bu şəxslər gəlir vergisindən azaddır

Bu şəxslər gəlir vergisindən azaddır

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Əldə edilən qazancdan dövlət büdcəsinə köçürülən vəsait gəlir vergisi adlanır. Yəni, hər kəs maaş və ya başqa gəlir əldə etdikdə onun müəyyən hissəsi vergi kimi tutulur. Lakin qanunda elə hallar mövcuddur ki, bəzi şəxslər bu vergini ödəməkdən tam və ya qismən azad edilir.

İqtisadçı ekspert Ləman Rüstəmova Metbuat.az-a açıqlamasında gəlir vergisindən azad edilən fiziki şəxslər barədə məlumat verib. O bildirib ki, xaricə ezam olunan diplomatik xidmət əməkdaşlarının, həmçinin səfirlik və konsulluqların mühafizəsində xidmət göstərən hərbi qulluqçuların xaricdə aldıqları əməkhaqları gəlir vergisinə cəlb edilmir. Bundan əlavə, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşlarının rəsmi gəlirlərindən də vergi tutulmur.

Ekspert təqvim ili ərzində yalnız bir dəfə tətbiq olunan azadolmaları da sadalayıb:

“Hədiyyələrin dəyərinin 2 500 manatadək olan hissəsi vergidən azaddır. Təhsil haqlarını ödəmək üçün ayrılan maddi yardımın 2 500 manatadək olan məbləği vergiyə cəlb olunmur. Bunun üçün ödənişi təsdiqləyən sənəd təqdim edilməlidir. Qalan mirasın 20 000 manatadək olan hissəsi vergidən azaddır. Azərbaycanda müalicə üçün ayrılan 10 000 manatadək, xaricdə müalicə üçün ayrılan 50 000 manatadək maddi yardım vergiyə cəlb edilmir. Bu halda da müvafiq sənəd təqdim olunmalıdır. Şəhid ailələrinin aldıqları 20 000 manatadək yardım vergidən azaddır və əlavə sənəd tələb olunmur. Əlil şəxslərə verilən 20 000 manatadək yardım vergidən azaddır, lakin bu halda sənəd təqdim olunmalıdır. Aliment ödənişlərinə də vergi tətbiq edilmir”.

L.Rüstəmovanın sözlərinə görə, əsas iş yerində muzdlu fəaliyyətlə bağlı aylıq gəliri 2 500 manata qədər olan şəxslərin 200 manat, illik gəliri 30 000 manata qədər olan şəxslərin isə 2 400 manatadək qazancı gəlir vergisindən azaddır:

“Daşınan maddi əmlakın təqdimindən əldə edilən gəlirlər də vergiyə cəlb olunmur. Ancaq qiymətli daşlar, daş-qaş məmulatları, incəsənət əsərləri, əntiq əşyalar və sahibkarlıqda istifadə olunan daşınan əmlak satıldıqda bu güzəşt tətbiq edilmir. Bundan başqa, sığorta hadisəsi baş verdikdə ödənilən kompensasiya və sığorta haqları, dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan məbləğlər vergidən azaddır. Sənətkarlıq sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəlirləri də vergi tutulmur. Buraya misgərlik, qalayçılıq, saxsı məmulatların hazırlanması, bağçılıq və bostançılıq alətləri, xalq musiqi alətləri, qamış və qarğıdan məişət əşyaları, bədii tikmə, ağacdan hazırlanmış məişət əşyaları daxildir”.

İqtisadçı qeyd edib ki, qan verən donorlara ödənilən kompensasiya, dalğıc işlərinə görə verilən mükafatlar, ictimai təşkilatlar və xeyriyyə fondları tərəfindən ayrılan yardımlar da vergidən azaddır. Nazirlər Kabinetinin müəyyən etdiyi ezamiyyə xərcləri, dövlət ehtiyacları üçün torpaqların alınması zamanı ödənilən kompensasiyalar gəlir vergisinə cəlb edilmir. Hərbi qulluqçulara, hakimlərə, prokurorluq əməkdaşlarına və hüquq-mühafizə orqanlarının işçilərinə əsas maaşdan əlavə verilən ödənişlər də gəlir vergisindən azaddır.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Sentyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri