Icma.az
close
up
RU
Bu şəxslər maaş ALMAYACAQ Görün nə edəcəklər!

Bu şəxslər maaş ALMAYACAQ Görün nə edəcəklər!

Tribuna saytına istinadən Icma.az xəbər verir.

- +

Ekspert: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə üçün atılan addımlar göstərir ki, ortada siyasi iradə var”

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi, onların dairəsi və səlahiyyət müddətlərini tənzimləyən normalar müəyyənləşib. Bu, Prezident İlham Əliyevin fərmanı ilə qanuna edilən dəyişiklikdə əksini tapıb. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclis tərəfindən müəyyən olunan üzvləri deputatlar, Hesablama Palatasının üzvləri və  Milli Məclis Aparatının rəhbərliyi sırasından seçilir.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə seçilir.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə daxil edilməsi üçün irəli sürülən namizədlərin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamədə aşağıdakı dəyişikliklər edilib:

dövlət orqanlarında və digər qurumlarda aparılan korrupsiya risklərinin qiymətləndirilməsini təhlil edir və nəticələrinə uyğun olaraq tövsiyələr verir;

korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və korrupsiya risklərinin qiymətləndirməsinin nəticələri barədə ictimaiyyətə məlumat verir;

Komissiya 15 üzvdən ibarətdir. Komissiyanın 5 üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilir.

Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir.

Komissiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən üzvləri hüquq-mühafizə orqanlarının rəhbərləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsləri sırasından təyin edilir.

Komissiyanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən üzvləri məhkəmə, prokurorluq, ədliyyə orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarətdir. Komissiyanın sədri onun tərkibindən komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Komissiyanın digər üzvlərinin rəyinə uyğun olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməməli və səsvermədə iştirak etməməlidir.

Komissiya ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

İşçi qrupların tərkibinə müvafiq sahələr üzrə qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər daxil edilə bilər.

İşçi qrupların hazırladığı sənədlər Komissiyanın iclaslarında müzakirəyə çıxarıla və müvafiq qərarlar qəbul edilə bilər.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, 2018-ci ildə Prezident İlham Əliyev parlamentdə çıxışında idarəetmənin daha  da təkmilləşdirilməsi üçün bütün istiqamətlərdə islahatlar davam etdirildiyini bildirmişdi: “Prezident çıxışında xüsusən də idarəetmədə struktur və sistem dəyişikliklərinin baş verməsinin vacibliyini qeyd etdi. Bundan dərhal sonra idarəetmədə yeniliklər baş verdi. Əsas məqamlardan biri də korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qurumlarda baş verən dəyişikliklər oldu. Baş Prokurorluqda yenilik oldu, eyni  zamanda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin tərkibi yeniləndi. Bundan sonra korrupsiyaya qarşı mübarizə milli fəaliyyət planının konturları açıqlandı. Burada innovasiyaların tətbiqi, yeni alətlərdən istifadə, ictimai iştirakçılığın genişləndirilməsi, qərarların qəbul edilməsinin daha şəffaf aparılması, vətəndaş cəmiyyəti ilə əlaqələrin daha da dərinləşdirilməsi və sair nəzərdə tutulurdu. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi, onların dairəsi və səlahiyyət müddətlərini tənzimləyən normalar müəyyənləşməsi də o zaman elan edilən yenilənmənin davamıdır”.

Əliməmməd Nuriyev deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üçün atılan addımlar göstərir ki, ortada siyasi iradə var: “Ötən illər ərzində korrupsiya cinayətinə yol vermiş bir çox vəzifəli şəxslər həbs edildi. İcra hakimiyyəti başçıları vəzifədən çıxarıldı, həbs edildi. Nazir və nazir müavinlərinin, idarə rəislərinin vəzifədən çıxarılması, həbs edilməsi baş verdi. Bu onu göstərir ki, korrupsiyaya qarşı mübarizə gedir. Həm institutsional dəyişikliklərin,  korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması, həm də bu cinayətlərə yol verənlərin cəzalandırılması prosesi baş verir. Korrupsiyaya qarşı mübarizəni effektiv etmək üçün həm preventiv üsullardan istifadə etmək, önləyici tədbirlər, sistem dəyişiklikləri həyata keçirilməlidir, həm də korrupsionerlərin həbsi vacibdir. Burada mühüm mesajlardan biri də o oldu ki, hər hansı toxunulmaz şəxs yoxdur. Dövlət məmuru vətəndaşın xidmətçisi olmalıdır. Ölkə başçısı çıxışlarında “mən vətəndaşın bir nömrəli xidmətçisiyəm” deyirsə, kadrların da xalqın xidmətçisi olması vacibdir. Bu gün təmiz insanların vəzifəyə gətirilməsi önəmlidir. Ancaq bununla bərabər, sistem dəyişiklikləri də baş verməlidir. “Korrupsiyaya aparan səbəblər, niyə bu hallar artır, genişlənir, niyə icra hakimiyyəti institutunda bu qədər dərindir” suallarına cavab tapmaq lazımdır. Deməli, idarəetmə formasının dəyişdirilməsinə ehtiyac var. İdarəetmə ilə bağlı yeni prinsiplər, idarəetmə formasının dəyişdirilməsi, yerli idarəetmənin bələdiyyələrə ötürülməsi, regional idarəetmə mərhələsinə keçid baş tutmalıdır. İcraedici qurumu regional səviyyəyə qaldırmaq lazımdır. Bu həm dövlətin xərclərinin azalmasına, həm də idarəetmədə çevikliyə gətirib çıxara bilər. Bu kimi dəyişikliklər korrupsiyaya yol açan amillərin minimallaşdırılmasına gətirib çıxara bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Noyabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri