Icma.az
close
up
RU
Bu şəxslər maaş ALMAYACAQ Görün nə edəcəklər!

Bu şəxslər maaş ALMAYACAQ Görün nə edəcəklər!

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ekspert: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə üçün atılan addımlar göstərir ki, ortada siyasi iradə var”

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi, onların dairəsi və səlahiyyət müddətlərini tənzimləyən normalar müəyyənləşib. Bu, Prezident İlham Əliyevin fərmanı ilə qanuna edilən dəyişiklikdə əksini tapıb. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclis tərəfindən müəyyən olunan üzvləri deputatlar, Hesablama Palatasının üzvləri və  Milli Məclis Aparatının rəhbərliyi sırasından seçilir.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə seçilir.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə daxil edilməsi üçün irəli sürülən namizədlərin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamədə aşağıdakı dəyişikliklər edilib:

dövlət orqanlarında və digər qurumlarda aparılan korrupsiya risklərinin qiymətləndirilməsini təhlil edir və nəticələrinə uyğun olaraq tövsiyələr verir;

korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və korrupsiya risklərinin qiymətləndirməsinin nəticələri barədə ictimaiyyətə məlumat verir;

Komissiya 15 üzvdən ibarətdir. Komissiyanın 5 üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilir.

Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir.

Komissiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən üzvləri hüquq-mühafizə orqanlarının rəhbərləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsləri sırasından təyin edilir.

Komissiyanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən üzvləri məhkəmə, prokurorluq, ədliyyə orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarətdir. Komissiyanın sədri onun tərkibindən komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Komissiyanın digər üzvlərinin rəyinə uyğun olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməməli və səsvermədə iştirak etməməlidir.

Komissiya ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

İşçi qrupların tərkibinə müvafiq sahələr üzrə qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər daxil edilə bilər.

İşçi qrupların hazırladığı sənədlər Komissiyanın iclaslarında müzakirəyə çıxarıla və müvafiq qərarlar qəbul edilə bilər.

Əliməmməd Nuriyev də namizədliyini geri götürdü

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, 2018-ci ildə Prezident İlham Əliyev parlamentdə çıxışında idarəetmənin daha  da təkmilləşdirilməsi üçün bütün istiqamətlərdə islahatlar davam etdirildiyini bildirmişdi: “Prezident çıxışında xüsusən də idarəetmədə struktur və sistem dəyişikliklərinin baş verməsinin vacibliyini qeyd etdi. Bundan dərhal sonra idarəetmədə yeniliklər baş verdi. Əsas məqamlardan biri də korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qurumlarda baş verən dəyişikliklər oldu. Baş Prokurorluqda yenilik oldu, eyni  zamanda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin tərkibi yeniləndi. Bundan sonra korrupsiyaya qarşı mübarizə milli fəaliyyət planının konturları açıqlandı. Burada innovasiyaların tətbiqi, yeni alətlərdən istifadə, ictimai iştirakçılığın genişləndirilməsi, qərarların qəbul edilməsinin daha şəffaf aparılması, vətəndaş cəmiyyəti ilə əlaqələrin daha da dərinləşdirilməsi və sair nəzərdə tutulurdu. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi, onların dairəsi və səlahiyyət müddətlərini tənzimləyən normalar müəyyənləşməsi də o zaman elan edilən yenilənmənin davamıdır”.

Əliməmməd Nuriyev deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üçün atılan addımlar göstərir ki, ortada siyasi iradə var: “Ötən illər ərzində korrupsiya cinayətinə yol vermiş bir çox vəzifəli şəxslər həbs edildi. İcra hakimiyyəti başçıları vəzifədən çıxarıldı, həbs edildi. Nazir və nazir müavinlərinin, idarə rəislərinin vəzifədən çıxarılması, həbs edilməsi baş verdi. Bu onu göstərir ki, korrupsiyaya qarşı mübarizə gedir. Həm institutsional dəyişikliklərin,  korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması, həm də bu cinayətlərə yol verənlərin cəzalandırılması prosesi baş verir. Korrupsiyaya qarşı mübarizəni effektiv etmək üçün həm preventiv üsullardan istifadə etmək, önləyici tədbirlər, sistem dəyişiklikləri həyata keçirilməlidir, həm də korrupsionerlərin həbsi vacibdir. Burada mühüm mesajlardan biri də o oldu ki, hər hansı toxunulmaz şəxs yoxdur. Dövlət məmuru vətəndaşın xidmətçisi olmalıdır. Ölkə başçısı çıxışlarında "mən vətəndaşın bir nömrəli xidmətçisiyəm" deyirsə, kadrların da xalqın xidmətçisi olması vacibdir. Bu gün təmiz insanların vəzifəyə gətirilməsi önəmlidir. Ancaq bununla bərabər, sistem dəyişiklikləri də baş verməlidir. “Korrupsiyaya aparan səbəblər, niyə bu hallar artır, genişlənir, niyə icra hakimiyyəti institutunda bu qədər dərindir” suallarına cavab tapmaq lazımdır. Deməli, idarəetmə formasının dəyişdirilməsinə ehtiyac var. İdarəetmə ilə bağlı yeni prinsiplər, idarəetmə formasının dəyişdirilməsi, yerli idarəetmənin bələdiyyələrə ötürülməsi, regional idarəetmə mərhələsinə keçid baş tutmalıdır. İcraedici qurumu regional səviyyəyə qaldırmaq lazımdır. Bu həm dövlətin xərclərinin azalmasına, həm də idarəetmədə çevikliyə gətirib çıxara bilər. Bu kimi dəyişikliklər korrupsiyaya yol açan amillərin minimallaşdırılmasına gətirib çıxara bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Noyabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri