The Odyssey rəqəmsal plartformalarda Tarixi açıqlandı
Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Oskar" mükafatlı rejissor Kristofer Nolanın böyük maraqla gözlənilən "The Odyssey" filmi kassada tarixi uğura imza atdıqdan sonra rəqəmsal platformalarda nümayiş olunacağı tarix bəlli olub.
Kulis.az xəbər verir ki, 250 milyon dollar büdcəsi olan ekran işi dünya üzrə təxminən 1,8 milyard dollar gəlir əldə edərək "R" kateqoriyalı (böyüklər üçün) filmlər arasında bütün dövrlərin rekordunu qırıb və "Deadpool & Wolverine" ekran əsərini geridə qoyub.
"Oppenheimer" filminin izi ilə gedən və cari "Oskar" yarışında texniki nominasiyalarla yanaşı baş rolu canlandıran Mett Deymonun "Ən yaxşı aktyor" kateqoriyasında əsas namizədlərdən biri kimi göstərildiyi layihə tezliklə evlərimizə qonaq olacaq.
"Universal" studiyasının verdiyi məlumata görə, film 17 noyabr tarixindən etibarən "Prime Video" və "Apple TV" kimi platformalarda izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, rejissorun növbəti layihəsinin isə uzun zamandır maraq göstərdiyi qorxu janrında olacağı iddia edilir.
Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm" Nazirlik: "XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur" Azərbaycanlı rəssam beynəlxalq yarışmada üçüncü yerə layiq görüldü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 30 Oktyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















