Icma.az
close
up
RU
Bu şəxslər yeni ildən daha çox vergi ödəyəcəklər AÇIQLAMA

Bu şəxslər yeni ildən daha çox vergi ödəyəcəklər AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Vergi qanunvericiliyinə əsasən, dövriyyəsi 200 min manata qədər olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Belə vergi ödəyiciləri sadələşdirilmiş sistem üzrə yalnız 2% dərəcəsi ilə vergi ödəyirlər".
Bunu Demokrat.az-a açıqlamasında vergi məsələləri üzrə ekspert Anar Bayramov deyib.
"Əgər dövriyyə 200 min manatı keçərsə, həmin şəxslər artıq sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirir və avtomatik olaraq həm ədədi ödəyici, həm də gəlir vergisi ödəyicisi kimi qeydiyyata alınırlar. Ədədi ödəyicilər 18%, gəlir vergisi ödəyiciləri isə xərclər çıxıldıqdan sonra 20% dərəcəsi ilə vergi ödəyirlər. Bu səbəbdən, xüsusilə pərakəndə ticarətlə və əhali xidmətləri ilə məşğul olan şəxslər çalışırlar ki, sadələşdirilmiş vergi ödəyicisi statusunu qoruyub saxlasınlar".
Ekspert bildirib ki, 200 min manatlıq dövriyyə limiti uzun müddətdir ki, qanunvericilikdədir:
"Qiymətlərin artması və inflyasiya nəzərə alındıqda, bu limit artıq çox aşağı hesab olunur. Buna görə də ictimaiyyət arasında tez-tez 200 min manatlıq limiti artırmaq təklif olunur".
Onun sözlərinə görə, 2026-cı ildən etibarən vergi məcəlləsinə ediləcək dəyişikliklərlə bu məsələ bir qədər tənzimlənəcək:
"Yeni qaydaya görə, əgər vergi ödəyicisinin dövriyyəsi 400 min manat olsa və bu dövriyyənin hamısı postterminal vasitəsilə aparılsa, dövriyyənin yarısı, yəni 0,5 əmsalı nəzərə alınacaq. Belə olduqda, dövriyyə 200 min manat kimi hesablanacaq və vergi ödəyici sadələşdirilmiş sistemdə qala biləcək".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri