Bu şəxslərə hər ay əlavə pul veriləcək RƏSMİ
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək.
Bakupost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, bu vəsait işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün ödənilir.
Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları ilə birlikdə yaşayan və 3 nəfərdən artıq olmamaqla hər bir ailə üzvü üçün isə 50 manat məbləğində əlavə vəsait ödənilir.
Bu Qərar işğaldan azad edilmiş ərazilərində xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə şamil edilmir.
Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 21 May 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















