Icma.az
close
up
RU
Bu şəxslərə vacib xəbər: Eviniz əlinizdən çıxa bilər

Bu şəxslərə vacib xəbər: Eviniz əlinizdən çıxa bilər

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Hər kəs birdəfəlik ödəniş etməklə mənzil ala bilmir. Bir çoxlarının buna maddi gücü çatmır. Bu səbəbdən müxtəlif üsullara üz tuturlar. Bunlardan biri də ipotekadır. İpoteka ilə mənzil almaq ciddi bir qərardır və diqqətli planlaşdırma tələb edir.

Maraqlıdır, kreditlə mənzil alanlar bir neçə il sonra hansı çətinliklərlə qarşılaşır?

Məsələni daha dəqiq anlamaq və problemlərlə tanış olmaq üçün iqtisadçıların rəyini öyrənməyə çalışdıq.

Turkustan.az xəbər verir ki, iqtisadçı Əkrəm Həsənov Yenisabah.az-a bildirib ki, ən böyük problem vətəndaşın ipotekanı ödəyə bilməməsidir:

“Vətəndaş işsiz qalsa, yaxud maaş azalsa, xərclər artarsa, vətəndaş krediti ödəməkdə çətinlik çəkirsə, ipoteka sahəsində də belə problemlər ortaya çıxa bilir. Belə halların real həlli yoxdur. Evin ödənişini gecikdirmək, ödəməmək ciddi problemə çevrilir. Bank vaxtı uzatmır, əlavə güzəştə getmir. Vətəndaş məhkəməlik, evi isə hərraclıq olur. Nəticədə əmlak satılır və borc ödənilir. Kreditlə mənzil alan vətəndaşların ən çox başına gələn bu sadalanan problemlərdir”.

İqtisadçı Eyyub Kərimli isə məsələnin digər tərəfini izah edib:

“Azərbaycanda illik infilyasiyanı nəzərə alsaq, ipoteka ilə kredit götürülməsi daha məqsədəuyğundur. Manatın dəyərdən düşməsi ilə əlaqədar ipoteka ödənişləri daha rahatlaşır. Çünki bəzi hallarda ipotekalar uzunmüddətli verilir. Manatın dəyərsizləşməsi əməkhaqqılara təsir göstərir və beləliklə ödənişlər də bir o qədər asanlaşır.

Sözsüz ki, bizdə bəzi hallarda ipoteka faizləri yüksəkdir. Lakin Dövlət İpoteka Fondu tərəfindən illik 7 və 4 faizlə verilənlər də var. Amma daxili ipoteka ilə olanda bu daha baha başa gəlir. Hesab edirəm ki, bu cür yanaşma bütün dünya üzrə daha məqsədəuyğundur və tətbiq edilən beynəlxalq praktikadır. Burada həssas məsələ var ki, daha çox həssas təbəqəyə ipotekanın əlçatanlığı təmin olunmalıdır. Gəlirləri az olan təbəqə bundan istifadə edə bilmir. Regionlar üçün ipoteka proseslərinin həyata keçirilməsi də digər variantardan biridir. Orada yaşayan insanlar üçün də ipoteka daha əlçatan olmalı, şərtlər daha da yumşaldılmalıdır. Bu il İpoteka Fonduna 100 min manata yaxın əlavə vəsait ödənildi. Bu da daha geniş imkanlar yaradır. Əsasən də, fondun həyata keçirdiyi kirayə mənzillər sistemində daha az ilkin ödənişlə hazır mənzil əldə etmək olur və ödənişlər tamamlandıqdan sonra mənzil vətəndaşa qalır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Dekabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see198

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see127

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see121

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see115

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see113

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see113

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see111

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see111

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see111

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see109

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see109

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see108

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri