Icma.az
close
up
RU
Bu şəxslərə vacib xəbər Eviniz əlinizdən çıxa bilər

Bu şəxslərə vacib xəbər Eviniz əlinizdən çıxa bilər

Icma.az, Manset portalına istinadən məlumat verir.

Hər kəs birdəfəlik ödəniş etməklə mənzil ala bilmir. Bir çoxlarının buna maddi gücü çatmır. Bu səbəbdən müxtəlif üsullara üz tuturlar. Bunlardan biri də ipotekadır. İpoteka ilə mənzil almaq ciddi bir qərardır və diqqətli planlaşdırma tələb edir. Maraqlıdır, kreditlə mənzil alanlar bir neçə il sonra hansı çətinliklərlə qarşılaşır? Məsələni daha dəqiq anlamaq və problemlərlə tanış olmaq üçün iqtisadçıların rəyini öyrənməyə çalışdıq.

Manset.az Yenisabah.az-a istinadən xəbər verir ki, iqtisadçı Əkrəm Həsənov bildirib ki, ən böyük problem vətəndaşın ipotekanı ödəyə bilməməsidir:

“Vətəndaş işsiz qalsa, yaxud maaş azalsa, xərclər artarsa, vətəndaş krediti ödəməkdə çətinlik çəkirsə, ipoteka sahəsində də belə problemlər ortaya çıxa bilir. Belə halların real həlli yoxdur. Evin ödənişini gecikdirmək, ödəməmək ciddi problemə çevrilir. Bank vaxtı uzatmır, əlavə güzəştə getmir. Vətəndaş məhkəməlik, evi isə hərraclıq olur. Nəticədə əmlak satılır və borc ödənilir. Kreditlə mənzil alan vətəndaşların ən çox başına gələn bu sadalanan problemlərdir”.

İqtisadçı Eyyub Kərimli isə məsələnin digər tərəfini izah edib:

“Azərbaycanda illik infilyasiyanı nəzərə alsaq, ipoteka ilə kredit götürülməsi daha məqsədəuyğundur. Manatın dəyərdən düşməsi ilə əlaqədar ipoteka ödənişləri daha rahatlaşır. Çünki bəzi hallarda ipotekalar uzunmüddətli verilir. Manatın dəyərsizləşməsi əməkhaqqılara təsir göstərir və beləliklə ödənişlər də bir o qədər asanlaşır.

Sözsüz ki, bizdə bəzi hallarda ipoteka faizləri yüksəkdir. Lakin Dövlət İpoteka Fondu tərəfindən illik 7 və 4 faizlə verilənlər də var. Amma daxili ipoteka ilə olanda bu daha baha başa gəlir. Hesab edirəm ki, bu cür yanaşma bütün dünya üzrə daha məqsədəuyğundur və tətbiq edilən beynəlxalq praktikadır. Burada həssas məsələ var ki, daha çox həssas təbəqəyə ipotekanın əlçatanlığı təmin olunmalıdır. Gəlirləri az olan təbəqə bundan istifadə edə bilmir. Regionlar üçün ipoteka proseslərinin həyata keçirilməsi də digər variantardan biridir. Orada yaşayan insanlar üçün də ipoteka daha əlçatan olmalı, şərtlər daha da yumşaldılmalıdır. Bu il İpoteka Fonduna 100 min manata yaxın əlavə vəsait ödənildi. Bu da daha geniş imkanlar yaradır. Əsasən də, fondun həyata keçirdiyi kirayə mənzillər sistemində daha az ilkin ödənişlə hazır mənzil əldə etmək olur və ödənişlər tamamlandıqdan sonra mənzil vətəndaşa qalır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 12 Dekabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri