Bu şəxslərin iş vaxtı QISALDILIR
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əmək qanunvericiliyinə əsasən, iş yerlərində işçilərin ayrı-ayrı kateqoriyalarına onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və s. hallar nəzərə alınaraq qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 16 yaşınadək işçilər üçün həftə ərzində 24 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Aşağıdakı kateqoriyalara aid işçilər üçün isə həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir:
- 16 yaşdan 18 yaşadək işçilər,
-orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (I və II dərəcə) əlilliyi müəyyən edilmiş işçilər,
-hamilə və yaşyarımadək uşağı olan qadınlar
- 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər,
-fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli işlərdə, peşə və vəzifələrdə işləyənlər,
-insanın səhhətinə mənfi təsir göstərən (yüksək həssaslıq, həyəcan, zehni, fiziki, əsəb gərginliyi və s.) amillər olan əmək şəraitli iş yerlərində işləyənlər.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 02 Sentyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















