Bu şəxslərin kredit faizlərini dövlət ödəyəcək
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Aqrar Subsidiya Şurası kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinin artırılması ilə bağlı yeni qərarlar qəbul edib. Yeni mexanizmə əsasən, fermerlərin istehsal məqsədilə banklardan götürdüyü kreditlərin illik faiz dərəcəsinin 19 faizə qədər olan hissəsi dövlət büdcəsi hesabına qarşılanacaq.
Milli.Az Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə məlumat Kənd Təsərrüfatı nazirliyinin mətbuat konfransında qeyd olunub.
Bu güzəşt çəltik, qarğıdalı, pambıq, şəkər çuğunduru, tütün, həmçinin müxtəlif dənli və dənli paxlalı bitkilərin istehsalı üçün nəzərdə tutulub.
Eyni zamanda, müasir suvarma sistemlərinin tətbiqini stimullaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikasında subsidiya əmsallarına yenidən baxılıb. Belə ki, müasir suvarma sistemləri altında olan kartof, tərəvəz və bostan əkinləri üçün hər hektara görə ənənəvi suvarma ilə müqayisədə 150 manat artıq subsidiya ödəniləcək. Şuranın bu addımı kənd təsərrüfatında məhsuldarlığı artırmaq və fermerlərin maliyyə yükünü azaltmaq hədəfi daşıyır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 04 İyun 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















