Bu şəxslərin maaşları 10 faiz ARTIRILDI SƏRƏNCAM
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda bir sıra hərbi qulluqçuların maaşları artırlıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq fərmanlar imzalayıb.
Fərmanlara əsasən aşağıda qeyd olunan şəxslərin maaşları 10 faiz artırılıb:
- Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;
- Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;
- Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşları;
- Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;
- Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları.
Azərbaycan Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Ədliyyə və Maliyyə nazirlikləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 27 Yanvar 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















