Bu şəxslərin nəzərinə: Avqustun 12 si başlayır!
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, namizədlər avqustun 12-si saat 15:00-dan etibarən elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçə bilərlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçiriləcək. pizza
Qeyd olunub ki, namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.
Ümumi vakansiya seçimi prosesi avqustun 15-i saat 15:00-dək davam edəcək.
Bununla yanaşı, avqustun 8-dən keçirilən, faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi avqustun 10-u saat 11:00-da başa çatıb.
Baxış sayı:91
Bu xəbər 10 Avqust 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















